BÖYÜK MÜHARİBƏ OLA BİLƏRMİ?! - Təhlıl
09-09-2023 [12:54]
Son günlərdə Azərbaycan – Ermənistan sərhəddində vəziyyət gərginləşib. Mətbuata sızan, amma rəsmi təsdiq olunmayan məlumatlara görə, tərəflər böyük müharibəyə hazırlaşır.
Erməni mənbələri Azərbaycanın silahlı qüvvələrini Zəngəzur istiqamətində sərhəddə cəmləşdirdiyini deyir. Azərbaycan tərəfi bu məlumatları təkzib edir, əksinə Errmənistanın sərhəddə ağır silahlar və canlı qüvvə yerləşdiyini qeyd edir. İran Erməni Respublikası da bu məlumatlara özünə məxsus əks-səda verir, Azərbaycan əsgərinin Ermənistan sərhəddini keçəcəyi, Zəngəzura girəcəyi halda qarşıdurmaya müdaxilə edəcəyini bəyan edir. Hətta bu məqsədlə İran – Azərbaycan sərhəddinə silahlı qüvvələr gətirir. Nə olmuşdur, nə baş verir?!
Məsələ bundadır ki, Rusiya ilə Ermənistan arasında münasibətlər son dövrdə xüsusilə gərginləşib və faktiki olaraq, qarşıdurma səviyyəsinə gəlib. Ermənistanın baş naziri Paşinyan bu günlərdə İtaliya qəzetlərinə müsahibə verib və Putinə arxalanmağın mənasız olduğunu və Rusiyanın regiondan getməli olduğunu bəyan edib. Rusiya Prezidentinin sözçüsü Peskov da dərhal cavab verib və Rusiyanın regionun bir hissəsi olduğunu və heç vaxt, heç yerə getməyəcəyini bildirib. Təbii ki, bu ancaq nəticədir, əsas səbəb Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin qərarına qoşulması, faktiki olaraq, Putini beynəlxalq terrorçu elan etməsi və axtarışa verməsidir. Rusiya da Paşinyanı devirmək istəyir və regionda hərbi-siyasi vəziyyəti gərginləşdirir.
Günün sualı isə budur, Rusiya istəyinə çata bilərmi, Azərbaycanla Ermənistan arasında böyük müharibə ola bilərmi?! Düşünürəm ki, tərəflər arasında kiçik, gündəlik münaqişələr qaçılmazdır. Amma 44 günlük müharibə kimi böyük hərbi qarşıdurmalar, aşağıdakı səbəblərə görə istisna olunmalıdır...
1.Hazırda Ermənistan Azərbaycanın Dağlıq Qarabağı blokadaya alması və əhalinin ərzaqsız və dərmansız qalması haqqında yalanları bütün dünyaya car çəkir. İkili standartla işləyən beynəlxalq institutlar da ermənilərin tərəfindədir, bu məsələ hətta BMT TŞ-də müzakirə edilir. İndi regionda geosiyasi vəziyyət Azərbaycanın xeyrinə deyil və Ermənistanla hər hansı böyük müharibənin başlanması dünya ictimaiyyətinin sərt reaksiyası, Azərbaycana qarşı sərt sanksiyaların qəbul olunması ilə nəticələnə bilər. Bir sözlə, Azərbaycana nə qədər güclü olsa da, bu gün bizə böyük müharibə lazım deyildir...
2.Məlum olduğu kimi, 44 günlük müharibədə Ermənistanın “Dağlıq Qarabağ”ın silahlı birləşmələri, ağır və orta ağır silahlarının əsas hissəsi məhv edilib. Özünü toparlamaq, müasir silahlar almaq üçün Ermənistana bir neçə il vaxt lazımdır. Silah almaq üçün Rusiyaya verilən 250 milyon dollardan isə, xəbər yoxdur. Rusiya, sadəcə olaraq, onunla qarşıdurmaya gedən Ermənistanı silahlandırmaq istəmir, pulunu da geri vermir. Doğrudur, Ermənistan İrandan və Hindistandan, hardasa 50 milyonluq müasir silah-sursat ala bilib, amma bunlar böyük müharibə üçün nə keyfiyyətinə, nə də kəmiyyətinə görə, kifayət etmir. Deməli, Ermənistana, xüsusilə hakimiyyətini qoruyan Paşinyana böyük müharibə lazım deyildir...
Bəli, hazırda Azərbaycanla Ermənistan arasında böyük müharibə yalnız Rusiyaya lazımdır. Ermənistanın cəzalanması, Azərbaycanın sanksiyalara məruz qalması və dünya ictimaiyyətinin diqqətinin Rusiya – Ukrayna müharibəsindən yayınması üçün...
Qalib ARİF
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi