Öncə bayraq dalğalanacaq, sonra müstəqillik tanınacaq: Əliyevin Şimali Kipr mesajının Xankəndi izləri - Təhlil
08-09-2023 [14:52]
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının toplantısında Şimali Kipr Türk Respublikasının (ŞKTC) bayrağının Azərbaycanda keçiriləcək tədbirlərdə dalğalanacağını bəyan edib.
Prezidentin bu sözləri indiki məqamda iki mühüm məsələdən xəbər verir:
1. Şimali Kiprin müstəqilliyinin tanınması;
2. Xankəndi və ətraf ərazilərə nəzarətin bərpa edilməsi;
ŞKTC-nin müstəqilliyinin tanınması uzun müddətdir ki, gündəmdədir. ŞKTC təkcə Türkiyə tərəfindən tanınır. Rəsmi Ankara illərdir Şimali Kiprin müstəqilliyinin tanınması istiqamətində addımlar atır. Hətta rəsmi Bakıdan Şimali Kiprin müstəqilliyinin tanınması bir neçə dəfə istənilib.
1992-ci ildə Naxçıvan Muxtar Respublikası ilə Şimali Kipr arasında münasibətlər yaranıb. Bakıda Şimali Kiprin rəsmi nümayəndəliyi fəaliyyət göstərir. Bununla belə, Azərbaycan ŞKTC-nin müstəqilliyini tanımayıb. Buna səbəb Ermənistanla müharibənin olması və işğalın davam etməsi idi.
44 günlük müharibə nəticəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Ermənistan-Azərbaycan münaqişə kontekstinə keçdi. Düzdür, bu, rəsmi Bakının mövqeyini dəyişməsə də, nisbi loyallığa zəmin yaratdı. Misal üçün 2022-ci il avqustun ayında Prezident İlham Əliyev Konyada Şimali Kipr Türk Respublikasının Prezidenti Ərsin Tatarla görüşüb. Bu, planlaşdırılmış görüş deyildi və Türkiyə prezidentinin istəyi əsasında gerçəkləşmişdi.
Bu görüşdən sonra 2022-ci ilin noyabr ayında Şimali Kipr Türk Respublikası Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi statusunda üzv qəbul edildi.
Prezident İlham Əliyevin Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının toplantısında ŞKTC bayrağının Azərbaycanda keçiriləcək tədbirlərdə dalğalanacağını bəyan etməsi Bakının yaxın gələcəkdə Şimali Kiprin müstəqilliyini tanıyacağını, hətta digər TDT üzvü olan ölkələrin də anoloji addımı atmasını təklif edəcəyini göstərir.
Prezidentin bu açıqlaması həm də ondan xəbər verir ki, Bakının Xankəndi və ətraf ərazilərlə bağlı narahatlığı qalmayıb. Prezidentin bu rahatlığının səbəbi, hesab edirəm, yaxın günlərdə məlum olacaq.
Xankəndi və ətraf ərazilərin Azərbaycanın nəzarətinə keçməsi ŞKTC-nin müstəqilliyinin tanınmasını labüd edir.
Turan Rzayev
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi