Nazirlikdə özünü doğrayan əlil danışdı

img

30-05-2014 [14:33]


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində intihara cəhd etmiş birinci qrup əlil Rəşid Nəbiyevin vəziyyəti ağır olaraq qalır.


AzNews.az-a danışan inthara cəhd edən şəxs özünə qəsd etməsinin səbəblərinə də aydınlıq gətirib: "Danışmağa əziyyət çəkirəm, ağrılarım var. Məni çox incitdilər, canımdan bezdirdilər. Ona görə məcbur olub özümə qəsd elədim. Özümü çox pis hiss edirəm. Mən ikinci qrup əliləm, amma dərəcəmi düz vermirdilər. Çox get-gələ saldılar, axırda 3-cü qrup verdilər. Hadisə nazirliyin birinci mərtəbəsində olub. Dedim ki, nazirin qəbuluna düşmək istəyirəm. Şərait yaratmadılar”.

Qeyd edək ki, hadisə mayın 29-da günorta saatlarında nazirliyin binasında qeydə alınıb. Nəbiyev dərhal akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinə yerləşdirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA