İcra başçısına "Bioloji terror" ittihamı - İDDİA

img

30-05-2014 [13:47]


Taleyini qaçqınlıq kimi ağır bir yazı yazılan Laçınlıların heç zaman icra başçısı sarıdanda bəxti gətirmir.


 Elə son aylar ərzində AZERİNFO.ORG-a daxil olan şikayətlər Akif Səlimovun heçdə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmədiyi bəlli olur. Elə isə problemlər nədən qaynaqlanır. Problemlərin kökü sözsüz rayon sakinlərinin sosial problemlərinin həll olunmamasıdır.


Akif Səlimov Laçın rayonuna icra başçısı təyin edildikdən sonra maraqlı qadağalar tətbiq edib. AZERİNFO.ORG-a məlumat verən mənbənin sözlərinə görə icra başçısı rayondakı bütün məmurlara,hətta fermerlərə də mətbuata danışmağı qadağan edib. Akif Səlimov bu yolla yerli sakinlərin mətbuata cıxışının qarşısını almaq istəyir.

Digər tərəfdən isə  Akif Səlimov mətbuatda yaxın olduğu adamlara pul verərək, onlardan rayonda durumun yaxşı olduğu və edilən şikayətlərin isə anonimliyi barədə rəy yaratmağa çalışır. Elə buna görədir ki, dünən Səlimovun bu hərəkətinə etiraz olaraq bir qrup Laçın sakini yenidən mətbuata üz tutublar.


Z.Hüseynov, Ə.Qəhrəmanov, Ə.İsmayılov və S.Zamanov tərəfindən göndərilən məktubda iddia olunur ki, Laçının icra başçısı Akif Səlimov Ağcabədinin qış yataqlarında məskunlaşmış rayon sakinlərinə qarşı «bioloji terrora» başlayıb. «Təəssüf hissi ilə bidiririk ki, Akif Səlimov rayondakı vəziyyəti düzəltmək əvəzinə, mətbuatda sifarişlə guya, yaxşı işlədiyinə dair məqalələr yazdırır. Əslində, o, İcra Hakimiyyətindəki kabinetində oturmağa belə utanır. Çünki rayon əhalisi arasında heç bir nüfuzu olmayan adamlardan aldığı pula görə, vəzifələrə təyin etməsi laçınlı ağsaqqal və ziyalılar tərəfindən qəbul edilmir. Buna görə də, Akif Səlimov qınaq obyektinə çevrilib».

 

Artıq yerli əhalinin qınaq obyektinə cevrilən icra başçısı iş günlərinin coxunu Bakıda yerləşən qərargahında keçirir. Laçın sakinləri iddia edir Akif Səlimova rayona 10 gündən bir gəlir və 1 gün qaldıqdan sonra dərhal Bakıya qayıdır. Yerli sakinlər icra başçısının Taxta körpü adlanan ərazidə deyil,Bakıdakı qərargahında oturmasını rayon camaatına təhqir kimi qəbul etdiklərini açıqlayıblar.


AZERİNFO.ORG

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA