"Qarın boşluğundan güllə yarası alıb" - Polkovnik

img

30-05-2014 [13:31]


Füzuli rayonu ərazisində müdafiənin ön xəttində düşmən tərəfindən yaralanan 1994-cü il təvəllüdlü əsgər Mirzəzadə Mehman Dadaşbala oğlunun vəziyyəti haqda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin baş cərrahı, polkovnik Famil Babayevin açıqlama verib. 

Müdafiə nazirliyindən verilən məlumata görə,yaralının vəziyyəti stabildir, həyatı üçün heç bir təhlükə yoxdur:

"Əsgər Mirzəzadə Mehman Dadaşbala oğlu qarın boşluğu nahiyəsindən güllə yarası alıb. Yaralıya vaxtında və keyfiyyətli tibbi yardım göstərilib. İlk yardım göstərildikdən sonra yaralı dərhal həmin bölgədə yerləşən hərbi müalicə müəsissəsinə çatdırılıb.

Orada yüksək ixtisaslı cərahiyyə briqadası tərəfindən əməliyyat olunub.
Azərbaycan Respublikasının Müdafiə nazirinin göstərişi ilə dərhal Silahlı Qüvvələrin baş reanimatoloqu və cərrahı bölgəyə ezam olunublar. Yaralının vəziyyəti stabilləşdikdən sonra o, hərbi-sanitar helikopter vasitəsilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına gətirilib.

Hazırda yaralının vəziyyəti stabildir, həyatı üçün heç bir təhlükə yoxdur və Silahlı Qüvvələrin baş mütəxəssislərinin nəzarəti altında onun müalicəsi davam etdirilir".
ans

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA