DİN-də dəyişikliklər davam edir: kimlər getdi, kimlər gəldi?! - SİYAHI

img

30-05-2014 [12:15]


 

 Daxili İşlər naziri postunu tutan Ramil Usubov rəhbərlik etdiyi sistemdə kadr dəyişikliklərini davam etdirəcək.

 Bu barədə Mia.az-a sözügedən nazirlikdən məlumat daxil oub. Məlumatda bildirilir ki, hal-hazırda bir neçə rayon polis şöbəsində kompleks yoxlama aparılır və yoxlamanın nəticəsinə uyğun olaraq, həmin rayonların polis rəislərinin də əvəzlənməsi gündəmə gətirilə bilər.

 Bununla bərabər, adı bir çox biznes və siyasi qalmaqallarda hallanan Lənkəranın polis rəisi Möhübbət Hüseynovun da yaxın həftələrdə sərəncama götürüləcəyi bildirilir.

Mənbə deyir ki, nazir Ramil Usubov az öncə 27-ci Polis Bölməsinin əməkdaşlarını döyməkdə adı hallanan İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi Şərəf Əsədullayevin də vəzifəsindən azad edillməsi haqda əmr immzalayacaq.  

Xatırladaq ki, son bir ay ərzində nazir Ramil Usubov DİN-də xeyli dəyişikliklərə imza atıb. O, Siyəzən rayon polis şöbəsinin fəaliyyətini yoxlatdırmaqla, həmin şöbənin rəisi Nizami Əlirzayevi sərəncama götürüb. Bunun ardınca, Oğuz rayon Polis Şöbəsinin rəisi Habil Əmiraslanov tutduğu vəzifədən azad edilərək Şamaxı rayonuna polis rəisi təyin edib. Nazirin digər əmri ilə isə Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin rəisi Cəmil Əmirov Oğuz rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

 Nazirin təyinatları bununla da bitməyib. Yayılan məlumatlara görə, Daxili işlər orqanlarında bir neçə rayonun mühafizə polisinin rəisi vəzifələrində dəyişikliklər baş verib. Belə ki, Ramil Usubovun əmri ilə Şəki Mühafizə Polisinin rəisi Salyana, Salyan Mühafizə polisinin rəisi Şamaxıya, Şamaxı Mühafizə Polisinin rəisi Göyçaya, Göyçay Mühafizə Polisinin rəisi isə müvafiq olaraq Ağdaş rayon Mühafizə Polisinin rəisi vəzifəsinə təyin olunublar.

 Məlumatda qeyd olunur ki, Şəki Mühafizə Polisinin rəisi vəzifəsinə Şəki İTB-nin rəisi təyin edilib. Ağdaş Mühafizə Polisinin rəisi isə Qəbələ rayon Mühafizə Polisinin rəisi postuna gətirilib. .

 Məlumata görə, Ramil Usubovun ictimaiyyət üçün daha maraqlı görünən əmri isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini, polis polkovniki Adil Həsənovla bağlı olub.

 Daxili İşlər Nazirliyinin məlumatına görə, nazir sözügedən zabiti vəzifəsindən azad edərək, onu Astara rayon Polis Şöbəsinin rəisi vəzifəsinə göndərib. Bu günlərdə isə Adil Həsənovun əvvəlki vəzifəsinə təyinat aparılıb: «Sözüm odur ki, DİN-də bu kimi dəyişikliklər davam etdiriləcək».

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA