30-05-2014 [11:57]
Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyi tərəfindən Vaşinqtonda Respublika Gününü qeyd etmək məqsədilə təntənəli ziyafət təşkil edilib.
Səfirlikdən Mia.az-a daxil olan məlumata görə, bu münasibətlə tədbir günü ABŞ paytaxtının ən mötəbər tarixi binalarından biri olan "Endryu Mellon Auditorium” (Andrew Mellon Auditorium) öz qapılarını Səfirliyin 700-dən artıq qonağının üzünə açıb:
"Ziyafətdə ABŞ Administrasiyasının yüksək vəzifəli rəsmiləri, ABŞ
Konqresinin Mayk Törner (Mike Turner – Ohayo
ştatı), Henri Kueler (Henry
Cuellar – Texas ştatı), Donald Peyn (Donald M. Payne
– Nyu Cersi ştatı), Şila Cəkson Li (Sheila
Jackson Lee – Texas ştatı), Cim Moran (Jim
Moran – Virginiya ştatı) və Stiv Stokman (Steve
Stockman - Texas ştatı) kimi üzvləri, Azərbaycan milli ordusunun
tərəfdaşı olan Oklahoma Milli Qvardiyası komandanının müavini
General Qreqori Ferquson (Gregory L. Ferguson) və ABŞ hərbi qüvvələrinin
digər yüksək rütbəli zabitləri, Vaşinqtonda akkreditə olunmuş çoxsaylı səfir və
digər diplomatik post sahibləri, eləcə də ABŞ-dakı Azərbaycan, türk və yəhudi
icmasının nümayəndələri iştirak ediblər".
Tədbirin əvvəlində Argentina əsilli müğənni Mariya Entragusun (Maria Entraigues) füsunkar ifasında Azərbaycan
və ABŞ milli himnləri canlı şəkildə səsləndirilb. Bunun ardınca qonaqları
salamlamış Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov bir rəmz olaraq Azərbaycanın
dövlətçilik ənənələrinin nəsillərdən-nəsillərə ötürülməsi və onun müstəqil Azərbaycan
Respublikasının timsalında bərpa edilməsində Respublika Gününün malik olduğu əhəmiyyət
barədə fikirlərini bölüşmüşdür. O, həmçinin Respublikanın qurulması ilə yanaşı,
onun müstəqilliyinin qorunub,
saxlanmasının önəmini qeyd etmiş və bu mənada ümummilli lider Heydər Əliyev və
Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycanın əldə etdiyi
nailiyyətləri qonaqların diqqətinə çatdırmışdır. Səfir yekunda Azərbaycan-ABŞ
münasibətlərinin davamlı inkişafına inamını ifadə edib.
ABŞ-ın Enerji nazirinin köməkçisi Conatan Elkaynd (Jonathan Elkind) ziyafətdəki təbrik
çıxışında ABŞ və Azərbaycan arasında dostluq münasibətlərini təqdir etmiş, Azərbaycanı
ABŞ-ın mühüm bir tərəfdaşı kimi qəbul etdiklərini söyləmiş və qarşılılıqlı
münasibətlərin sütunları olaraq siyasi, təhlükəsizlik və enerji istiqamətləri
üzrə görülən işləri və atılan addımları sadalamışdır. İlk dəfə 20 il öncə "Əsrin
Müqaviləsi”nin imzalanması mərasimində iştirak üçün Azərbaycana səfər etmiş
C.Elkaynd ötən illərdə ərzində Azərbaycanda müşahidə etdiyi inkişafı vurğulayıb. O, xüsusilə cavadbeh olduğu enerji sahəsindən söz açaraq, regionun
enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın oynadığı rola istinad
etmiş, 2013-cü il dekabrın 17-də Bakıda "Şahdəniz” layihəsi üzrə yekun sərmayə
sənədinin imzalanması kimi mühüm bir hadisəyə şəxsən şahidlik etdiyini demiş və
Xəzər dənizi hövzəsindən Avropaya təbii qaz ixrac edəcək Cənub Qaz Dəhlizinə
ABŞ-ın dəstəyini bəyan etmişdir.
ABŞ Konqresində Azərbaycan-ABŞ dostluq qrupunun üzvü olan Ş.Cəkson Li
Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edərək, ölkələrimiz
arasında möhkəm tərəfdaşlıq və məhsuldar əməkdaşlığın genişləndirilməsindən
yana danışmışdır. Ölkəmizə səfərlərinə istinad etmiş Çəkson Li Azərbaycanın
parlaq gəncliyini alqışlamış və əldə etdiyimiz tərəqqini vurğulamışdır.
Bundan sonra Vaşinqton şəhər meriyasının protokol və beynəlxalq əlaqələr
katibliyinin rəhbəri Patrisia Elvud (Patricia
Elwood) Vaşinqton şəhəri meri Vinsent Qreyin (Vincent C. Gray) təbrik Bəyannaməsini ziyafət iştirakçılarına
oxumuşdur.
Çıxışların ardınca natiqlər və tədbirə qatılmış yüksək səviyyəli iştirakçıların
müşayiətində səfir Elin Süleymanov qonaqları öz qədəhlərini Azərbaycan-ABŞ
dostluğunun uğuruna qaldırmağa çağırmışdır.
Ziyafət iştirakçılarına Azərbaycan mətbəxinin nümunələrinin də daxil
olduğu süfrə açılmış və tədbir rəngarəng musiqi proqramı ilə davam etmişdir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi