2025: RUSMƏRAMLILAR GEDƏCƏKMİ?! - Təhlil
06-09-2023 [10:13]
Məlum olduğu kimi, 2025-ci ildə rusməramlıların Qarabağda “sülhyaratma” (oxu: sülhpozma) missiyası sona çatır. Və maraqlı sual yaranır: rusməramlılar 2025-də Qarabağı tərk edəcəkmi?!
Bu sual hazırda bizim cəmiyyətin əsas hissəsini, ən azı ölkənin taleyini düşünənləri maraqlandırır.
Yeri gəlmişkən, Ermənistan ictmaiyyəti də bu sualın üzərində baş sındırır...
Düşünürəm ki, burda 3 variant var və kiminsə istəyindən yox, hadisələrin gedişindən asılı olaraq, bu variantların biri baş verəcək.
Bu variantların hər birinin mərkəzində Rusiya – Ukrayna müharibəsi, onun nəticələri durur. Hansıdır bu variantlar?
Ən realından başlayıb, bizim üçün ən arzu olunanına doğru sıralayaq.
Beləliklə:
1. Rusiya – Ukrayna müharibəsində atəşkəs elan olunur, danışıqlar başlayır və 2023-cü ilin sonuna kimi sülh müqaviləsi bağlanır. Hazırda bu, ən real variantlardan biridir və münaqişəyə (müharibəyə yox!) cəlb olunmuş qlobal güclər – Amerika, Rusiya və onların regional tərəfdaşları bu variantı dəstəkləyir. Bu varianta qarşı çıxan yeganə adam, məlum olduğu kimi, Ukrayna lideri Zelenskidir. Ukraynada isə, prezident seçkiləri yaxınlaşır, amma keçiriləcəkmi, keçirilsə, necə olacaq?! Aydındır ki, hazırda sülh müqaviləsinin bağlanması Zelenskinin siyasi karyerasının sonu olacaq.
Eyni zamanda, qarşıdan ABŞ-da, sonra Rusiyada prezident seçkiləri gəlir. Şübhəsiz ki, hər iki ölkənin lideri seçkilərə müharibə ilə yox, sülhlə getmək istəyir. Bu isə, Zelenskinin siyasi karyerasından daha vacibdir. Həm də, mətbuata sızan, son vaxtlar sürətlə çoxalan məlumatlar Qərbin Zelenskidən, onun haqlı-haqsız tələblərindən yorulduğunu göstərir. Deməli, Zelenskili, ya Zelenskisiz, danışıqlar başlayacaq və ilin axırına kimi sülh müqaviləsi imzalanacaq. Yeri gəlmişkən, bu variantda rusməramlıların 2025-də Qarabağdan çıxmağı heç fərziyyə kimi də görünmür. Amma bu, birinci variantdır...
2. Rusiya-Ukrayna müharibəsi uzanır və Ukraynanın geri çəkilməsi, məğlubiyyəti ilə davam edir. Zelenski seçkiləri keçirmir və hakimiyyətdə qalmaqda davam edir. Bu variantda da rusməramlıların Qarabağdan getməsi sual altındadır. Hətta Azərbaycan tərəfi təkid etsə, 5 illik müqavilənin sona çatdığını bildirsə, erməni tərəfi etiraz edəcək. Deməli, mübahisə yaranacaq və mübahisə sona çatınca, rusməramlılar Qarabağdan çıxmayacaq. Soz düşmüşkən, Rusiya Qarabağda da yerini möhkəmləndirib və məcazi desək, gah nala gah mıxa vuran Arutunyanı öz adamı ilə əvəzləyib. Opponentlərim deyə bilər ki, Paşinyan müsahibə verib, Rusiyanı tənqid edib, “ruslar Qafqazdan gedir” deyib. Amma söhbət 2025-ci ildən gedir, Paşinyanın bu vaxta kimi hakimiyyətdə qalması özü bir fərziyyədir...
3. Rusiya-Ukrayna müharibəsi ilin axırına kimi sona çatır, Rusiya geri çəkilir, Krım azad edilir. Vladimir Putin seçkilərdə məğlub olur və Rusiyada inqilabi dəyişikliklər qaçılmaz olur. Ancaq bu halda rusməramlıların Qarabağdan getməsi və Rusiyanın, ümumiyyətlə, Cənubi Qafqazı tərk etməsi mümkündür. Amma bu variant hələlik ancaq fərziyyə səviyyəsindədir.
Söz düşmüşkən, tarixdə belə hadisələr baş verib. Rusiya 1918-ci və 1991-ci ildə Qafqazdan geri çəkilib və regionun azad olması, müstəqil respublikaların qurulması üçün tarixi imkan yaranıb. Amma Rusiya özünü bir az toparlayan kimi, hücuma keçib, yenidən Cənubi Qafqazı işğal edib. Tarix isə, müvafiq tədbirlər görülməsə, həmişə təkrar olunur...
Qalib ARİF
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi