Səttar Möhbalıyevin adının hallandığı 8 milyonluq qalmaqal: "Pulu ona verdik..." - Məhkəmə prosesi
06-09-2023 [09:13]
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Möhbalıyevin adı xeyli vaxtdır ki, milyonluq dələduzluqla bağlı cinayət işində hallanır.
Söhbət metronun “İnşaatçılar” stansiyasının yaxınlığında yerləşən “Məhsul” stadionunun ərazisini satmaq adıyla tikinti şirkətlərinin rəhbərlərinin aldadılmasından gedir. Buna görə dəfələrlə deputatın dindirilməsi tələb olunub.
Sentyabrın 4-də bu məsələni növbəti dəfə Bakı Ağır Cinayətlər Məhkəməsində vəkil Aslan İsmayılov qaldırıb.
Bu cinayət işi üzrə həbsdə olan iki nəfər – stadionun keçmiş direktoru Alik Həsənov və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabeçiliyindəki İdman Təşkilatları Assosiasiyasının sədri olmuş Nadir Əliyevdir. Onlar xüsusilə külli miqdarda dələduzluq, rüşvət verməyə təhrik kimi əməllərdə ittiham olunurlar.
Cinayət işinin materiallarında iddia olunur ki, 1,26 hektar sahəsində yerləşən stadionun ərazisini bina tikintisi üçün şirkət rəhbərlərindən birinə 5.5 milyon manata satmağa razılaşıblar. Bu məsələnin həllindən ötrü üçün Möhbalıyevə rüşvət kimi çatdırmaq adıyla sahibkardan 900 min manat alıblar.
Başqa bir epizodda stadion ərazisinin ayrı sahibkara 8 milyon manata satmağa razılaşdırıldığı, ondan Möhbalıyevə verməkdən ötrü 360 min manat alındığı iddia edilir.
İttihama əsasən, deputata vermək adıyla alınmış pulları təqsirləndirilən şəxslər özləri götürüb. Amma onlar deyir ki, belə deyil. Təqsirləndirilən şəxslərin sözlərinə görə, onlar sadəcə, vasitəçi olublar, bütün məsələlərdən Möhbalıyevin özünün məlumatı və razılığı olub.
Zərərçəkmiş qismində tanınan sahibkarlar da deputatın proseslərin içində olduğunu bildirirlər.
Zərərçəkmişlərin nümayəndəsi və vəkili Aslan İsmayılov da deyir ki, Möhbalıyev dindirilmədən bu iş üzrə obyektiv, ədalətli hökm çıxarıla bilməz.
“Biz istintaqda da onun dindirilməsi barədə vəsatət qaldırmışdıq, təəssüf ki, təmin olunmadı. Məhkəmədə də bu məsələni qaldırırıq, hələ ki, əhəmiyyət verilmir. Halbuki, bu çox vacibdir. Həm təqsirləndirilən şəxslər, həm də zərərçəkənlər bu adamın adını çəkir, onun işin içində olduğunu deyir. Onu dindirmədən bu işə necə baxmaq olar?”, – İsmayılov bildirib.
Vəkilin sözlərinə görə, təqsirləndirilən Nadir Əliyev zərərçəkmişlərdən aldığı pulu aparıb deputata verdiyini istintaqa ifadəsində göstərib. Buna baxmayaraq, çağırıb Möhbalıyevi dindirməyiblər, həmin pulu alıb-almadığını soruşmayıblar.
İsmayılovun deputat haqqında qaldırdığı vəsatət baxılmamış saxlanılıb. Təqsirləndirilən iki nəfər hələ ki, məhkəmədə ifadə verməyib. Onlar deyib ki, zərərçəkənlər dindiriləndən sonra ətraflı danışacaqlar.
Bu cinayət işi üzrə məhkəmə araşdırmaları sentyabrın 25-də davam edəcək. Alik Həsənov və Nadir Əliyevə ittiham verilən Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsində 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub(Azadlıqradiosu).
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi