“Mina qurbanlarna hüquqi yardımın göstərilməsi” layihəsinin icrasına başlanılıb

img

29-05-2014 [23:25]


"Mina Qurbanlarının Sosial-İqtisadi Problemlərinin Həllinə Kömək" ictimai birliyinin sədri Məmmədhəsən Həsənovun Birlik.az saytına verdiyi məlumata görə, "Mina Qurbanlarının Sosial-İqtisadi Problemlərinin Həllinə Kömək” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə "Mina qurbanlarna hüquqi yardımın göstərilməsi” layihəsinin icrasına başlayıb.

Layihənin məqsədi Mina qurbanlarının sosial problemlərini öyrənməklə onlara hüquqi yardım göstərərək hüquqi imkanların təmin olunmasına nail olmaqdan ibarətdir. Bu məqsədlə artıq təşkilat mina qurbanlarına hüquqi yardım etmək məqsədilə mina qurbanlarının sosial problemlərinin öyrənilməsi, cəmiyyətə inteqrasiyasını gücləndirmək, mina qurbanlarına ictimai maraqların artılması və gücləndirilməsi, sosial müdafiə prosesinə həmin şəxslərin qoşulması və sosial hüquqlar sahəsində onların məhkəmələrdə müdafiəsini həyat keçirir. Layihə fəaliyyəti çərçivəsində mina qurbanları onların ailə üzvləri və müharibə iştirakçıları fayadalancaqdır. Artıq layihə çəçivəsində Mina qurbanlarına layihənin məqsədinə müvafiq yardımlar göstərilməsi başlanmışdır.

 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA