29-05-2014 [18:55]
Azərbaycan Respublikasının
Seçki Məcəlləsinə əsasən 2014-cü ilin yanvar ayının əvvəllərindən etibarən ölkə
üzrə vahid seçicilər siyahısının dəqiqləşdirilməsi prosesinə başlanılıb.
MSK-dan Mia.az-a daxil olan məlumata görə, seçki qanunvericiliyində nəzərdə tutulduğu kimi, seçicilərin daimi siyahısı yanvar ayından başlayaraq məntəqə seçki komissiyaları tərəfindən müvafiq seçki məntəqələri üzrə yenidən tərtib edilərək fevralın 5-dək dairə seçki komissiyalarına verilmiş, dairə seçki komissiyaları isə seçki dairələri üzrə yenidən tərtib edilmiş seçici siyahılarını aprelin 5-dək Mərkəzi Seçki Komissiyasına təhvil vermişlər. Mərkəzi Seçki Komissiyası tərəfindən seçici siyahıları bir daha dürüstləşdirilmiş və artıq bu irimiqyaslı prosesə yekun vurulub.
Mayın 29-da Mərkəzi Seçki
Komissiyasının üzvləri və kütləvi informasiya vasitələrinin nümayəndələri
Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzində ölkə üzrə vahid
seçicilər siyahısının yenidən tərtib edilmiş variantı ilə tanış olublar.
Dəqiqləşdirmə aparılaraq DSK-lara qaytarılacaq seçici siyahılarının çap prosesi və saxlanma şəraiti ilə tanış olan Komissiya üzvlərinin və KİV nümayəndələrinin diqqətinə çatdırılmışdır ki, vahid seçicilər siyahısının tərtib edilməsi dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə həyata keçirilmişdir.
Qeyd etmək lazımdır ki, seçici siyahılarının çap prosesi ilə bağlı bir sıra texniki yeniliklər edilmiş və proqram təminatı daha da təkmilləşdirilmişdir. Mərkəzi Seçki Komissiyasını fiber-optik xətlər üzərindən 125 seçki dairəsinin dairə seçki komissiyalarını birləşdirən yeni yaradılmış lokal şəbəkənin yaratdığı sürətli və təhlükəsiz informasiya mübadiləsi seçici siyahılarının ümumiləşdirilməsi prosesini intensivləşdirmiş və seçici məlumatlarının keyfiyyətli təhlilini təmin etmişdir. Lokal şəbəkə üzərindən qurulmuş video-konfrans sistemi vasitəsilə dəqiqləşmə prosesi zamanı ortaya çıxan suallar on-line rejimdə operativ şəkildə dairə seçki komissiyaları ilə müzakirə edilmiş və müvafiq addımlar atılmışdır.
Sonra Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
İclasda Azərbaycan Respublikası üzrə seçicilərin daimi siyahısının tərtibinə dair məsələ müzakirə olunmuşdur. Mərkəzi Seçki Komissiyasının sədri ilin əvvəlindən may ayının sonunadək həyata keçirilmiş vahid seçicilər siyahısının dəqiqləşdirilməsi prosesi ilə bağlı ətraflı məlumat vermiş və seçici siyahılarının dəqiqləşdirilməsi prosesində seçki komissiyalarına lazımi köməklik göstərmiş bütün qurumlara təşəkkürünü bildirmişdir.
Sonra Mərkəzi Seçki Komissiyasının üzvləri daimi seçicilər siyahısının yenidən tərtib edilməsi, təsdiq olunması və internet səhifəsində yerləşdirilməklə ictimailəşdirilməsi barədə qərar layihəsi ilə tanış olmuşlar. Komissiya qərara almışdır ki, cari ilin daimi seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsi işi başa çatmış hesab edilərək, siyahılar məntəqə seçki komissiyaları tərəfindən təsdiq edilməsi üçün müvafiq dairə seçki komissiyalarına göndərilsin. MSK respublika üzrə seçicilərin daimi siyahısının dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə tərtib olunaraq rəsmi internet səhifəsində yerləşdirməklə ictimailəşdirilməsi barədə qərar qəbul etmişdir.
Qeyd edək ki, bu günə olan məlumata görə, ölkə üzrə vahid seçicilər siyahısında 5054455 nəfər seçicinin adı var ki, onların 48,21 faizi kişi, 51,79 faizi isə qadınlardır.
İclasda həmçinin, Mərkəzi Seçki Komissiyası 12 noyabr 2013-cü ildə keçirilmiş iclasının protokolunu təsdiqmiş, bir sıra normativ xarakterli aktlara dəyişikliklər etmiş və bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər etmişdir.
Komissiyanın iclasında beynəlxalq təşkilatların, respublikamızdakı xarici ölkə səfirliklərinin təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak etmişdirƏli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi