Sabunçu İcra Hakimiyyətində şübhəli "vurulma"lar: Müavin də çıxarılıb

img

29-05-2014 [18:39]


Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının I müavini Şakir Alıyev işdən çıxarılıb. 

"Yeni Müsavat”a daxil olan məlumata görə başçı müavinin işdən çıxarılması rayon ərazisində icra hakimiyyəti rəhbərliyi və ona yaxın şəxslərin tikinti aparılmasına əngəllər yaratması, tikinti icazəsi üçün rüşvət tələb etmələri haqda Prezident Adminstrasiyasına ünvanlanan çoxsaylı  şikayətlərdən sonra baş tutub. Bundan əlavə rayon ərazisindəki söküntü tikinti işləri ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətində yoxlama aparılacağı haqda da məlumat var. Bildirlir ki, Ş.Alıyevdən sonra tikinti işlərinə baxan Rəfael Məmmədov və Şövqü adlı işçilər də işdən çıxarıblar. 

Sabunçu Rayon İcra Hakimiyyətindən məlumatın yalnış olduğunu bildiriblər.

 Qeyd ediblər ki, Şakir Alıyev və Rəfael Məmmədov öz ərizələrinə əsasən tutduqları vəzifədən azad ediliblər. Digər əməkdaş isə hazırda fəaliyyətini davam etdirir. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA