Prezident İlham Əliyev fərman imzaladı - Dəyişiklik
02-09-2023 [15:26]
Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının tranzit yükdaşıma, tranzit yüklərlə bağlı liman və nəqliyyat-ekspedisiya xidmətləri ilə bağlı tariflərin dövlət tənzimlənməsini həyata keçirməsi hüququ ləğv edilib.
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması haqqında” 2015-ci il 21 oktyabr tarixli fərmanında dəyişiklikdə əks olunub.
Bundan sonra Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası bu sahədə xidmətlərinin göstərilməsini tənzimləyəcək.
Koordinasiya Şurasının dəmir yolu ilə tranzit yüklərin daşınması, eləcə də dəniz nəqliyyatı ilə tranzit yüklərin daşınması, tranzit yüklərlə bağlı liman qurğularının istismarı, dəniz terminalları tərəfindən yükaşırma və dəniz limanında göstərilən digər xidmətlər və nəqliyyat-ekspedisiya xidmətləri üzrə tarifləri müəyyən etmək hüququ ləğv edilib
Dəyişikliyə əsasən, həmçinin nəqliyyat-ekspedisiya xidmətlərinin sərhədləri müəyyənləşdirilib. Belə ki, bu xidmətlər dedikdə dəmir yolu və dəniz nəqliyyatı ilə tranzit yüklərin daşınması xidmətləri, habelə tranzit yüklərlə bağlı liman qurğularının istismarı, dəniz terminalları tərəfindən yükaşırma və dəniz limanında göstərilən digər xidmətlər nəzərdə tutulacaq.
Koordinasiya Şurasının ləğv olunmuş səlahiyyətləri, yəni Azərbaycanda dəmir yolları və dəniz nəqliyyatı ilə tranzit yüklərin daşınması, habelə tranzit yüklərlə bağlı liman qurğularının istismarı, dəniz terminalları tərəfindən yükaşırma və dəniz limanında göstərilən digər xidmətlərin, həmin xidmətlər üzrə nəqliyyat-ekspedisiya xidmətlərinin tariflərinin və həmin tariflər üzrə güzəştlərin müəyyən edilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilib. Bununla bağlı Prezident İlham Əliyevin “Dəmir yolları və dəniz nəqliyyatı ilə tranzit yükdaşıma xidmətlərinin, habelə tranzit yüklərlə bağlı dəniz limanında göstərilən xidmətlərin tariflərinin və həmin tariflər üzrə güzəştlərin müəyyən edilməsi Qaydası”na dəyişikliklər edilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yeni tarifləri İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyinin rəylərini nəzərə alaraq altı ay müddətində təsdiq edib Azərbaycan Prezidentinə məlumat verməlidir. Yeni tariflər təsdiq edilənədək mövcud tariflər öz hüquqi qüvvəsini saxlayacaq.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi