Ermənistanın qorxduğu ssenari gerçəkləşə bilər: Ordumuzun əsas hədəfi bu yola nəzarətdir - TƏHLİL
01-09-2023 [17:06]
Sentyabrın 1-i səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən bölmələri Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlar, minaatanlar, artilleriya qurğuları və zərbə PUA-larından atəşə tutmaqla bölgədə vəziyyəti gərginləşdirib.
Sual yaranır: Ermənistan silahlı qüvvələri nə üçün birdən-birə Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən bölmələrindən Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində yerləşən bölmələrinə atəş açdı?
Hesab edirəm iki nüans mövcud təxribatları anlamaq, habelə yuxarıda qeyd etdiyim suala cavab tapmaq üçün ip ucu verir:
Birincisi, Azərbaycanın Ağdam-Xankəndi yolu vasitəsilə Qarabağda yaşayan ermənilərə humanitar yardım göndərdi. Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə bu istiqamətdə danışıqlar aparıldı.
İkincisi, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BBC-yə müsahibəsində “Yollar nə qədər çox olsa, hamı üçün bir o qədər yaxşıdır” dedi.
Məhz bundan sonra Ermənistanın Azərbaycanla şərti dövlət sərhəddində vəziyyət gərginləşdi. Görünən odur ki, hər iki məqam Ermənistanı və onun havadarları ciddi şəkildə narahat edib.
Azərbaycan Laçın yolunda nəzarət buraxılış məntəqəsi quraraq faktiki olaraq Ermənistan və separatçılar üçün əsas həyatı yolu nəzarətə götürdü. Ağdam-Xankəndi yolu vasitəsilə humanitar yüklərin daşınmasını təklif edərək isə alternativ bir yol irəli sürdü. Lakin ermənilər üçün digər bir həyati yol daha var. Söhbət Ağdərə-Kəlbəcər yolundan gedir. Hansı ki, bu yolla Ağdərəyə oradan isə Xankəndiyə getmək olur. Bundan başqa bu yol həm də Kəlbəcərə gedən əsas yol hesab edilir.
Görünən odur ki, rəsmi İrəvan Bakının növbəti hədəf kimi Ağdərə-Kəlbəcər yolunu nəzarət götürmək istəyəcəyini bilib və bunun qarşısını alamq üçün təxribatlara başlayıb.
Hesab edirəm mövcud təxribatlardan istifadə edib Ağdərə-Kəlbəcər yolunu nəzarətə götürüb Zod aşırımında post qurmalıyıq. Beləliklə, Basarkeçərdən Ağdərəyə, oradan da Xankəndiyə gedən yol da nəzarətimizə keçmiş olar. Buna nail olsaq separatçılar üçün son nəfəslikdə bağlanacaq.
Turan Rzayev
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi