29-05-2014 [16:01]
Mayın 29-da Azərbaycan Respublikası əmək və əhalinin
sosial müdafiəsi naziri Səlim Müslümov Salyan,
Neftçala, Biləsuvar və Cəbrayıl rayonlarının sakinləri ilə görüşüb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Mia.az-a daxil olan məlumata görə, Neftçala, Biləsuvar və Cəbrayıl rayonlarından qəbula yazılmış vətəndaşların həmin rayonların ƏSMM-lərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Salyan rayonuna aparılıb gətirilmələri təmin olunub.
Nazirliyin Salyan rayon Əhalinin sosial müdafiəsi mərkəzinin inzibati binasında keçirilən qəbula gələn bütün vətəndaşların müraciətləri fərdi qaydada dinlənilib. Müraciətlər əsasən, imtiyazlı şəxslərin bərpa-müalicə və istirahət mərkəzlərinə yollayışla, ayrı-ayrı Böyük Vətən müharibəsi (BVM), Çernobıl əlillərinin minik avtomobili ilə təmin olunması, əlilliyi olan şəxslərin peşə hazırlığına cəlb edilməsi, mənzil növbəsinə dayanma, işlə təmin olunma və s. məsələləri əhatə edib. Ümumilikdə müraciətlər arasında ünvanlı dövlət sosial yardımla bağlı müraciətlər azlıq təşkil edib. S.Müslümov vətəndaşların qeyd olunan təminat növləri ilə təmin olunmaq hüququnun araşdırılaraq qısa müddətdə müvafiq işlər aparılması barədə tapşırıq verib. İşsiz olduqlarını bildirən şəxslərin məşğulluğunun qısa vaxtda təmin edilməsi, lazım gəldikdə həmin şəxslərin peşə hazırlığı kurslarına cəlb edilməsi üçün yerli məşğulluq orqanlarına aidiyyatı tədbirlər görmələri tapşırılıb. Nazir Azərbaycan Prezidenti cənab İlham Əliyevin 30 aprel 2014-cü il tarixli Sərəncamına uyğun olaraq, cari ilin əvvəlinədək növbədə olan bütün BVM əlillərinin, onlara bərabər tutulanların, o cümlədən Çernobıl AES əlillərinin yaxın aylar ərzində dövlət hesabına minik avtomobilləri ilə tam təmin ediləcəklərini vurğulayıb.
Mənzil
növbəsinə yazılmaq istəyən şəxslərə bunun üçün müvafiq İH-lərinə müraciət etmələrini
tövsiyə edən S.Müslümov fərdi ev tikintisi üçün növbədə dayanmış bütün əlilliyi
olan şəxslər üçün nazirliyin rəsmi saytındakı (www.mlspp.gov.az) müvafiq növbəlilik siyahısı üzrə
yaşadıqları ərazilərdə fərdi ev tikiləcəyini bildirib. S.Müslümov müraciətlərinə uyğun olaraq ayrı-ayrı əlilliyi
olan şəxslərin nazirliyin tabeliyindəki Sağlamlıq imkanları məhdud gənclərin
Peşə Reabilitasiyası Mərkəzində peşə kurslarına cəlb olunması və kursları
bitirdikdən sonra onların yiyələndikləri peşələr üzrə işlə təmin olunması barədə
göstəriş verib.
Nazir həmçinin ünvanlı dövlət sosial yardımı ilə təmin olunmaq barədə müraciətlərin yerindəcə araşdırılaraq nəticəsinə uyğun tədbirlər görülməsi, əlillik qrupu almaq istəyən şəxslərin Tibbi-sosial ekspert komissiyasında əyani əlillik müayinəsinə cəlb olunması ilə bağlı nazirliyin aidiyyatı struktur rəhbərlərinə tapşırıqlar verib.
"Açıq qapı” şəraitində keçirilən qəbul zamanı Nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlər aidiyyatı qurumlara çatdırılması üçün qeydə alınıb.
Qəbul zamanı müvəqqəti və mövsümi xarakterli işlərdə çalışmaq istəyən vətəndaşlar üçün Əmək Birjasının fəaliyyəti təşkil olunub.Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi