29-05-2014 [15:43]
Yeniyetmə və
gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onların ölkəmizin
tarixinin daha dərindən öyrənilməsinə olan marağının artırılması, gələcək
nəslin bilikli və savadlı böyüməsi istiqamətindəki işlər hər zaman Səbail rayon
İcra Hakimiyyətinin diqqət mərkəzində olmuşdur. Tarixi həqiqətlərin daha
yaxından öyrənilməsi, vaxtı ilə mənfur qonşularımız və onların havadarları
tərəfindən törədilər fəlakətlərin faktlarla gənclərə çatdırılması məqsədilə RİH
tərəfindən rayonun orta məktəblərində oxuyan yuxarı sinif şagirdlərinin Azərbaycan
Respublikası Hərbi Prokurorluğunun inzibati binasında yaradılmış Memorial
Soyqırım Muzeyinə ekskursiyası təşkil
olunmuşdur.
Tarixi həqiqətləri
obyektiv şəkildə araşdırmaq, bu faktları gələcək nəsillərə olduğu kimi
çatdırmaq, xarici dövlətlərdə yaşayanları məlumatlandırmaq məqsədi daşıyan
muzey Azərbaycan xalqının gələcək nəsillərinin qan yaddaşının qorunmasına və
soyqırım qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə xidmət edir, gənclərin
vətənpərvər ruhda tərbiyəsi, onlarda düşmənə qarşı nifrət hislərinin aşılanması
istiqamətində böyük əhəmiyyət kəsb edir.
Səbail rayon İcra Hakimiyyətinin Birinci müavini Xalidə Bayramova
muzeylə tanışlıq zamanı bildirmişdir ki, Azərbaycanın müstəqil bir dövlət kimi
mövcudluğunun təhlükə qarşısında qaldığı bir dövrdə Ermənistanın işğalçılıq
siyasəti nəticəsində erməni millətçiləri azərbaycanlılara qarşı müntəzəm olaraq
etnik təmizləmə və soyqırımının beynəlxalq aləmdə tanınması, Xocalı faciəsi və
ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş digər cinayətlər haqqında
tarixi ədalətin bərpa olunması, erməni cinayətkarlarının ədalət mühakiməsinə cəlb
olunması və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində xalqımızın
Ümummmilli lideri Heydər Əliyevin əvəzsiz rolu olmuşdur.
Son illərdə
erməni yalanlarının dünyada ifşa olunması istiqamətində Azərbaycan tərəfindən
həyata keçirilən məqsədyönlü fəaliyyət daha da güclənmiş, ermənilərə qarşı
ideoloji mübarizə daha effektiv xarakter almışdır. Möhtərəm Prezidentimiz cənab
İlham Əliyev tərəfindən Azərbaycanın milli problemlərinin beynəlxalq səviyyədə qaldırılması, erməni
vandalizminin ifşası istiqamətindəki əzmkar və qətiyyətli addımların atılması
prinsipiallıqla davam etdirilir.
Azərbaycan
həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında Heydər Əliyev Fondunun
Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tərəfindən mühüm və
əhəmiyyətli işlər, iri miqyaslı layihələr həyata keçirir. Fondun vitse prezidenti Leyla xanım
Əliyevanın təşəbbüsü ilə həyata keçirilən «Xocalıya ədalət» aksiyaları bu
soyqırım barədə həqiqətlərin dünya xalqlarına çatdırılmasında mühüm əhəmiyyət
kəsb etmişdir.
Yeniyetmə və
gənclər muzeyin ekspozisiyası, burada nümayiş etdirilən tarixi sənədlər, foto
və video materiallar, xalqımıza qarşı törədilmiş soyqırımı, deportasiya, hərbi cinayətlər
barədə xarici və yerli müəlliflərin kitablarından ibarət zəngin fondla yaxından
tanış olmuş, video roliklərə tamaşa etmişlər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi