Abituriyentlər tələsin! - TQDK

img

29-05-2014 [13:22]


Orta ixtisas təhsili müəssisələrinin (9 illik) xüsusi qabiliyyət tələb edən ixtisaslarına qeydiyyat bu gün saat 17:00-da başa çatır.

TQDK-dan verilən məlumata görə, göstərilən müddət ərzində qeydiyyatdan keçmiş abituriyentlər test imtahanında topladıqları ümumi balları müvafiq müsabiqə şərtlərini ödəyərsə, müəyyən edilmiş cədvəl üzrə iyulun 2-dən 5-dək seçmə turda iştirak etməlidirlər. 

Seçmə turlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir. 

Təsviri sənət, Teatr, kino və xoreoqrafiya sənət¬ləri istiqamətlərinin və Musiqi sənəti istiqamətinin "Xanəndəlik”, "Vokal sənəti”, "Aşıq sənəti”, həmçinin AMK nəzdində Musiqi Kollecinin "İnstrumental ifaçılıq (alətlər üzrə)” və "Xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə)” ixtisaslarını yalnız seçmə tur zamanı müvafiq yoxlamadan "məqbul” alan abituriyent seçə bilər. 

Qeyd edək ki, Bədən tərbiyəsi və idman istiqamətinin, həmçinin Musiqi sənəti istiqamətinin "Musiqi müəllimliyi”, "Musiqi nəzəriyyəsi”, "Xor dirijorluğu”, "İnstrumental ifaçılıq (alətlər üzrə)” və "Xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə)” (Azərbaycan Milli Konserva¬toriyası (AMK) nəzdində Musiqi Kollecinin "İnstrumental ifaçılıq (alətlər üzrə)” və "Xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə)” ixtisasları istisna olmaqla) ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər seçmə turda iştirak etmirlər. 

Abituriyentlər ixtisas seçimi edərkən xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA