QƏRBİN RUSİYA - UKRAYNA LAYİHƏSİ - Təhlil
29-08-2023 [11:34]
Bəli, Rusiya – Ukrayna müharibəsinin başlanmasında və indiyədək uzanmasında Rusiya və Ukrayna qədər də Qərb – Amerika və Avropa məsuliyyət daşıyır.
Rusiya Avropaya və NATO-ya meyllənən Ukraynanı ram etmək, əlinin altında olan marionet bir dövlətə (təxminən, Belarusiya tipli) çevirmək istəyirdi və niyyətini gizlətmirdi. Ukrayna da Pribaltika yolu ilə gedirdi, Qərbə inteqrasiya edirdi, NATO-nun üzvü olmaq, Rusiya əsarətindən biryolluq qurtarmaq istəyirdi. Qərbin məqsədi isə Rusiyanı müharibəyə çəkmək və Ukrayna ərazisində məhv etmək idi. 2014-cü ildə Rusiya öz niyyətini qismən həyata keçirdi, Ukrayna ərazisi olan Krımda yalançı referendum keçirdi və yarımadanı ilhaq etdi. Bu zaman Amerika və Avropa müdaxilə etmədi və Rusiya – Ukrayna qarşıdurması aktiv fazaya – müharibəyə keçmədi.
Sonrakı dövrdə Qərb dünyası, onun siyasi institutları və beynəlxalq təşkilatları bu qarşıdurmanı körükləməyə başladı. Diqqətli oxucuların yəqin yadında olar, aparıcı ekspertlər və mütəxəssislər Rusiyanın Ukraynaya müdaxilə etməyəcəyini, Vladimir Putinin belə bir təhlükəli addımdan çəkinəcəyini vurğuladığı bir vaxtda, Birləşmiş Ştatların və Böyük Britaniyanın xarici kəşfiyyat orqanları Rusiyanın Ukraynaya hücum edəcəyi ayı və hətta günü açıqlayırdı. Bu, bir növ “dəlinin yadına daş salmaq” mislində idi. Putinə açıq mesaj verirdilər ki, “bu meydan, bu da şeytan”...
Bir yandan da Ukraynaya böyük vədlər verir, onun NATO-ya, AB-yə “dəvət” edir, Rusiyanın tələblərini rədd etməyə təhrik edirdilər. Artıq bir ildən çoxdur ki, Ukrayna ərazisində qanlı müharibə gedir. Qərb dünyası isə, aktiv seyrçi mövqeyindədir. Ukraynaya vaxtı keçmiş, taktiki əhəmiyyətini itirmiş köhnə silahlar verməkdə, Rusiyaya qarşı, faktiki olaraq, effektsiz iqtisadi sanksiyalar tətbiq etməkdədir. Nəticələr də göz qabağındadır: Rusiya, hələ ayaqdadır, Ukrayna isə batır, dağılır...
Artıq ABŞ-ın, Avropanın bəzi siyasətçiləri, siyasi analitikləri, iqtisadçı ekspertləri də təsdiq edir ki, Qərbin Rusiyaya qarşı sanksiyaları heç bir əhəmiyyət vermir. Hazırda Rusiya özünün nəhəng neft, qaz, qızıl və almaz ehtiyatlarını satmaqda və faktiki olaraq, iqtisadi göstəricilərini yaxşılaşdırmaqdadır. Hətta Asiyanın və Afrikanın anti-Qərb meyilli böyük dövlətləri ilə yaxınlaşmaqda və anti-dollar birliyi yaratmaqdadır.
Bəli, Qərbin Rusiyanı Ukraynada müharibəyə cəlb etmək və batırmaq fikri uğursuz bir layihə idi. Əvvəla, Amerika və Avropa öz iqtisadi və hərbi imkanlarını hədsiz qiymətləndirirdi və dünyada Çin, Hindistan, Rusiya və s. kimi güclü rəqiblərin olduğunu görmək istəmirdi. Sonra, yaxın tarix də şahiddir ki, hətta zəif liderin dövründə Rusiyanı yalnız içəridən parçalamaq olar, xaricdən məğlub etmək isə, mümkün deyildir. İndi isə, nə zaman həmin zaman, nə məkan həmin məkandır, nə də Putin Qorbaçovdur. Müasir Rusiya ərazisi sonsuz, xalqı yenilməz, iqtisadiyyatı tükənməz olan nəhəng bir nüvə dövlətidir. İndi hətta öz aralarında tam razılıq olmayan Amerika və Avropa Rusiyaya nə edə bilər, məcazi desək, külək, hətta fırtına dağdan nə qopara bilər?!
Ukraynaya gəlincə, dünya xəritəsində qalsa da, artıq dağılmaqda və strateji resurslarını itirməkdədir. Məlum olduğu kimi, hər bir dövləti qüdrətli edən onun strateji resursları – xalqı, torpağı, iqtisadiyyatı və silahlı qüvvələridir. Ukraynanın artıq 15 milyondan çox qaçqını, bir milyona qədər real insan itkisi var. Ərazisinin az qala, yarısı işgala məruz qalmış, iqtisadiyyatının böyük bir hissəsi məhv edilmişdir, ölkə əhalisinin yarısı işsizdir. Ukraynanın silahlı qüvvələrinə gəlincə, bu, həddindən artıq şişirdilən, reallığa uyğun olmayan bir mifdir. Bu mifik qüvvələrin bütün cəbhələrdə hücuma keçməsi, qalib gəlməsi isə, Qərb təbliğatının nəticəsidir, arzuların reallıq kimi qələmə verilməsidir. Avropanın və Amerikanın köhnə silahları ilə silahlanmış, faktiki olaraq, heç bir döyüş təcrübəsi olmayan Ukrayna əsgərləri I və II Çeçen müharibəsindən, “qaynar” nöqtələrdən keçmiş, Əfqanıstan və Suriya təcrübəsi olan generalların rəhbərlik etdiyi Rusiya muzdlularına qarşı döyüşür. Ukraynanın Rusiya ilə müharibədə məğlubiyyətini, böyük itkilər verdiyini hətta ukraynalı mütəxəssislər də təsdiq edir.
Burda təbii ki, şəxsiyyətlərdən, Ukrayna və Rusya liderlərindən bir-iki kəlmə deməsək olmaz. Zira, tarixi şəxsiyyətlər yazır. Rusiyaya hakimiyət, idarəçilik sahəsində çox səriştəli, regional və lokal müharibələrdə çox təcrübəli, faktiki olaraq, Rusiyanın parçalanmasına son qoymuş ağıllı və hiyləgər bir siyasətçi – Vladimir Putin rəhbərlik edir. Mən Putinin fanatı deyiləm, ona simpatiyam da yoxdur, amma obyektivlik xatirinə, bunları deməliyəm. Ukraynanın lideri isə, heç bir idarəçilik təcrübəsi olmayan, burnuna barıt iyi dəyməyən, gündəmdə qalmağı həyatının yeganə mənası hesab edən adi bir məzhəkəçidir. Amma siyasət teatr səhnəsi deyil, heç sirk məzhəkəsi də deil, bu, hamının hamını aldatdığı, hamının hamını udmaq istədiyi bir qumar stoludur. Burda ağıl, pul və təcrübə qalib gəlir. Ukrayna lideri Vladimir Zelenskidə isə, bunların heç biri yoxdur. Amma o da arzusuna çatır, uduzmaqla gündəmdə qalır...
Və son olaraq...
Rusia – Ukrayna müharibəsi uzanır, sonu görünmür. Rusiyanı məğlub etmək olmur, Ukrayna isə, batır, dağılır. Ukraynanı nə NATO-ya qəbul edən, nə də AB-yə dəvət edən var. Bu qanlı müharibəni dərhal dayandırmaq, Ukraynanı təcili xilas etmək lazımdır. SOS siqnalı çalmağın vaxtı keçir. Əks halda, Ukrayna hardasa Belorusiyanın (bəlkə Çeçenistanın?) taleyini yaşayacaqdır. Qərbə Avropanın mərkəzində daha bir Belorusiya lazımdır?!
Qalib ARİF
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi