Məhkəmə sənədlərini saxtalaşdıran şəxs saxlanılıb - TƏFƏRRÜAT
25-08-2023 [12:22]
Məhkəmə-Hüquq Şurasının və məhkəmənin adından saxta sənədlər hazırlayan şəxs ifşa edilib.
Mia.az xəbər verir ki, bu barədə Şuradan məlumat verilib.
Bildirilib ki, vətəndaş S.Cabbarova tərəf olduğu mülki işlə bağlı Məhkəmə-Hüquq Şurasına müraciət edərək Zöhrab Lətif oğlu Paşayevin ona qarşı qanunsuz əməllərə yol verdiyini, məhkəmədə işinin həllinə köməklik göstərilməsi müqabilində ondan xeyli miqdarda pul vəsaiti aldığını, habelə həmin şəxsin ona Məhkəmə-Hüquq Şurasının və Bakı Apellyasiya Məhkəməsinin adından tərtib olunmuş məktublar verdiyini bildirib:
"Göstərilən halların araşdırılması üçün müvafiq müraciət və təqdim edilmiş sənədlər Məhkəmə-Hüquq Şurasının Aparatı tərəfindən hüquq mühafizə orqanlarına göndərilib.
Dövlət Təhlükəsizliyi Xidmətində aparılmış araşdırmalar zamanı Azərbaycan Respublikası vətəndaşı, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 (dələduzluq, təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 310 (özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi) və 320.1-ci (rəsmi sənədləri qanunsuz hazırlama) maddələri ilə məhkum edilmiş və məhkumluğu ödənilməmiş Zöhrab Paşayevin 2022-ci ilin noyabr ayından etibarən yenidən özünü vəzifəli şəxs kimi təqdim etməklə ayrı-ayrı vətəndaşlara məhkəmə işlərinin həllinə, adlarına əmlakların rəsmiləşdirilməsinə kömək edəcəyi barədə yalan vədlər verməsi, onların inamını qazanmaq məqsədilə xüsusi qaydada QR kodlar hazırlayıb yerləşdirməklə Məhkəmə-Hüquq Şurasının, məhkəmələrin və digər dövlət orqanlarının adından saxta sənədlər hazırlayıb təqdim etməsi və bununla da vətəndaşların pul vəsaitlərini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
Başlanılmış cinayət işi üzrə Zöhrab Paşayev Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 310 və 320.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub.
Bildiririk ki, bundan sonra da Məhkəmə-Hüquq Şurasının, məhkəmələrin, habelə hakimlərin adından istifadə edərək, qanunsuz əməllərə yol verən şəxslər barəsində müvafiq tədbirlər görülməsi üçün zəruri addımlar atılacaq. Eyni zamanda vətəndaşlara tövsiyə edilir ki, hüquqi yardımın göstərilməsi ilə bağlı yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada həmin fəaliyyətlə peşəkar qaydada məşğul olan şəxslərə və ya qurumlara müraciət etsinlər".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi