Ermənistan nümayəndəsi BMT-də gizli görüşlər keçirib - Bəyanat
25-08-2023 [08:42]
Ermənistanın BMT yanındakı Daimi Nümayəndəliyi Təşkilatın mənzil-qərargahında üzv ölkələrin əksəriyyətindən gizli iclas keçirib.
Mia.az xəbər verir ki, bu barədə Azərbaycanın BMT yanındakı Daimi Nümayəndəliyi bəyanat yayıb.
Bəyanatda deyilir:
"Avqustun 23-də Ermənistanın BMT yanındakı Daimi Nümayəndəliyi Laçın yolu ilə bağlı BMT-nin mənzil-qərargahında ədət üzrə dezinformasiya yaymaq və vəziyyəti təhrif etmək məqsədi daşıyan növbəti təxribat xarakterli tədbir keçirib.
Birləşmiş Millətlər Təşkilatının formalaşmış ənənələrini kobud şəkildə pozaraq Ermənistanın Daimi Nümayəndəliyi BMT üzvlərinin böyük əksəriyyətindən gizlincə yalnız kiçik bir qrup ölkələri və qərəzli ekspertləri dəvət edərək bütün digər BMT üzvlərinə qapıları bağlayaraq, hətta sadəcə olaraq nəyin bahasına olursa-olsun vicdanlı müzakirələrdən qaçınmaq və qaçılmaz ifşadan özünü qorumaq üçün iclas otağının qarşısında mühafizə qoyaraq qapalı iclas təşkil edib.
Məlum olduğu kimi, BMT-nin divarları daxilində ictimai müzakirələr, həqiqətən də, qərəzsiz və vicdanlı fikir mübadiləsinə yönəldiyi hallarda, açıq formatda, üzv dövlətləri tədbirin vaxtı və yeri barədə öncədən bilgiləndirməklə və qatılmağa dəvət etməklə keçirilir. Beləliklə, erməni diplomatların seçdiyi format bu platformadan mütəmadi olaraq yalan xəbərlər yaymaq üçün sui-istifadə edən Ermənistanın halında olduğu kimi getdikcə adətə çevrilməsəydi, BMT üçün misilsiz adlandırıla bilərdi. Bu kontekstdə Ermənistanın Daimi Nümayəndəliyinin bütün BMT üzvlərinin müzakirəyə qatılmaq üçün elementar hüququndan nəinki imtina etdiyi, hətta onları polislə hədələdiyi bir neçə ölkənin diplomatlarının çaşqınlığını və hiddətini başa düşmək asandır.
Xarakterikdir ki, bir neçə gün öncə BMT Təhlükəsizlik Şurasının iclasında olduğu kimi, Ermənistan həqiqətən də açıq və substantiv müzakirələr zamanı layiqli və faktiki dəqiq cavab aldıqdan sonra bu cür meyillər daha da güclənir.
Təəccübləndirmir ki, açıq debatlarda Azərbaycana növbəti dəfə böhtan atmaq cəhdlərinin nəticəsizliyi ilə üzləşən Ermənistanın Daimi Nümayəndəliyinin bunu gizli, bağlı qapılar arxasında etməkdən başqa çarəsi yoxdur.
Aydındır ki, bu cür yanaşma BMT Nizamnaməsinin ruhu və hərfi, Təşkilatın məqsədləri ilə bir araya sığmır. Beləliklə, təsadüfi deyildi ki, BMT Katibliyi konfrans zalının məlumat ekranında bu tədbirin sponsor ölkəsi olan Ermənistanın təşəbbüsü və yalnız məsuliyyəti ilə keçirildiyi barədə xüsusi qeyddə bunun BMT tərəfindən təsdiqlənmədiyi və çoxtərəfli prosesin bir hissəsi olmadığını bildirib.
Azərbaycanın Daimi Nümayəndəliyi bu qəbildən olan təxribat xarakterli hərəkətləri, o cümlədən münasibətlərin normallaşdırılması və regionda davamlı sülh və sabitliyin bərqərar edilməsi səylərinə xələl gətirən yanlış interpretasiyaların formalaşdırılması və təşviq edilməsi üçün BMT platformasından sui-istifadəni pisləyir".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi