Jurnalist Cəmil Məmmədli məhkəmədə həbs olunub

img

24-08-2023 [11:54]


Xuliqanlıqda ittiham olunan jurnalist Cəmil Məmmədli həbs edilib.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi qərar qəbul edib.

Bu gün keçirilən hazırlıq iclasında prokuror təqsirləndirilən şəxsin istintaqın gedişinə mane olduğunu, zərərçəkmişlərə təsir etdiyini əsas gətirərək həbs edilməsinin zəruri olduğunu deyib.

Məhkəmə vəsatəti əsaslı hesab edib.

Qərara əsasən C.Məmmədli barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR