QHT Agentliyi "qaynayır", Prezidentə müraciət hazırlanır - "Sözsüz ki, ciddi faktlara söykənən çıxışlarımız Agentlik rəhbərliyini narahat etməkdədir"
24-08-2023 [09:59]
"Dəyərli dostlar, media təmsilçiləri və QHT nümayəndələri! Bildiyiniz kimi, son dövrlər mən və bir neçə cəsarətli həmkarım Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində (QHT Agentliyində) baş verən ciddi qanun pozuntuları ilə bağlı haqlı etirazlarımızı bildirməkdəyik. Bəzi həmkarlarımızı min bir bəhanə ilə qorxudub susdurublar. Bunlar başadüşüləndir. Sözsüz ki, ciddi faktlara söykənən etirazlarımız və çıxışlarımız Agentlik rəhbərliyini narahat etməkdədir".
Mia.az xəbər verir ki, bu sözləri İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli sosial media hesabında yazıb.
Onun sözlərinə görə, burada məqsədimiz son vaxtlar intensiv hal almış və son dövrlər qırmızı xətti keçən özbaşınalığa son qoymaqdır:

SAMİR ADIGÖZƏLLİ
"Görünür, Agentlik rəhbərliyi bu vəziyyətdən çıxış yolu tapmaq üçün bizə qarşı təqyiqləri artırmaq və bizi susdurmaq üçün müxtəlif yollara əl atırlar. Bu gün bir QHT-nin ofisində toplanaraq haqqımızda ölkə başçısına şikayət məktubu göndərmək barədə plan qurublar (sağ olsun qrup üzvünün biri bu informasiyanı bizə verdi). Ya bunların məntiqi yoxdur, ya da bunlar öz maraqlarını dövlət maraqlarından üstün tutur. Bizim haqqımızda nəyi şikayət edəcəksiz? Niyə qanunçuluğun qorunmasını, korrupsiyaya qarşı mübarizə aparılmasını, ədalətli qrant siyasətinin həyata keçirilməsini tələb edirik?"
İSBAM sədri daha sonra QHT rəhbərlərinə muraciət edərək QHT Agentliyi ətrafinda yaranmış son durumla bağlı təcili qapalı konfrans keçirməyi təklif edib: "Kimlər razıdırsa mənə şəxsiyə yazsın. Bu konfransa Prezident Administrasiyasının aidiyyəti şöbələrinin nümayəndələrini və digər əlaqəli qurumların təmsilçilərini də dəvət etməyi planlaşdırıram. Orada bu gün ictimaiyyətə açıqlanmayan biabırçı faktları açıqlamağı, baş alıb gedən özbaşınalığın qarşısının alınması üçün əməli tədbirlər görməyi təklif edirəm. QHT sektorunda davam edən bu biabırçılıq heç kimin ürəyincə deyil, sadəcə nəyəsə görə məcbur susurlar.
Bu hadisələrin dövlətçiliyimizə, ictimai sektora nüfuz gətirən bir məntiqi sonluqla bitməsi vacibdir.
Cənab Prezident İlham Əliyevin ictimai sektordan gözləntiləri böyükdür, biz onun ictimai nəzarətlə bağlı mesajlarını əsas tutaraq bu yola çıxmışıq. İctimai nəzarəti məhz QHT Agentliyindən başlamaq lazımdır. Bunun üçün ilk növbədə biz özümüz şəffaf və obyektiv olmalıyıq.
Sonda bu gün eşitdiyim məsələ ilə bağlı ataların bir misalını xatırlatmaq istərdim: "Oğru elə bağırdı ki, dogrunun bağrı yarıldı".
Samir
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi