AXCP sədrinin mühafizəçisinin şikayəti təmin olunmayıb
23-08-2023 [14:05]
Ali Məhkəmə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin mühafizəçisi (ictimai əsaslarla olduğu deyilir) Niyaməddin Əhmədovun kassasiya şikayətini təmin etməyib.
“AzadlıqRadiosu” xəbər verir ki, avqustun 22-də Ali Məhkəmə N.Əhmədovla bağlı Bakı Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Vəkil Zibeydə Sadıqovanın sözlərinə görə, prosesdə müdafiə tərəfi bildirib ki, N.Əhmədovun əsas hüquqları pozulub: “Niyaməddin Əhmədovun müdafiə hüququ, ədalətli məhkəmə araşdırması hüququ pozulub, barəsində ailəsinə məlumat verilməyib, o, təhdid və təzyiqlərə məruz qaldığını bildirib. İş materialındakı sübutlar qanunsuz əldə olunub və sonra məhkəməyə təqdim olunub. Amma, çox təəssüf ki, məhkəmə bizim arqumentlərimizə qiymət vermədi və kassasiya şikayətimiz təmin olunmadı”.
N.Əhmədovun özü məhkəmə prosesində iştirak etməyib.
Qeyd edək ki, Niyaməddin Əhmədov 2020-ci ilin aprelində həbs olunub. Öncə o, koronavirus pandemiyası ilə bağlı karantin rejimi qaydalarını pozma ittihamı ilə bir ay inzibati həbsdə saxlanıb. Bu cəza başa çatdığı gün isə Cinayət Məcəlləsinin 214-1 (terroru maliyyələşdirmə) maddəsi ilə barəsində yeni iş başlanıb. İstintaqın sonunda ona daha iki – 281 (dövlət əleyhinə yönəlik açıq çağırışlara hazırlıq) və 233-1 (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) maddələri ilə ittiham verilib.
Məhkəmənin qərarı ilə N.Əhmədov 13 il müddətinə azadlıqdan məhrum olunub.
Bakı Apellyasiya Məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
N.Əhmədov özünü təqsirli bilməyib.
AXCP isə hesab edir ki, N.Əhmədovun həbsinin səbəbi Əli Kərimlinin mühafizəçisi olması, 2019-cu ilin oktyabrında Milli Şuranın Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayan və polisin qarşısını aldığı etiraz aksiyasında sədri saxlanana qədər onu tək buraxmamasıdır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi