28-05-2014 [22:36]
Mia.az-a Prezident İlham Əliyevə, Milli Məclisin sədri Oqtay Əsədova, Milli təhlükəsizlik naziri Eldar Mahmudova, Təhsil naziri Mikayıl Cabbarova və İqtisad Universitetinin rektoru, professor Ədalət Muradova ünvanlanmış məktubun surəti daxil olub.
Mia.az iqtisad elmlər doktoru, professor, Dövlət mükafatı laureatı,
Türk Dünyası Beynəlxalq Araşdırmalar Akademiyasının akademiki, 8 güşəli
Beynəlxalq qızıl ulduz medalı sahibi, əlaçı təhsil işçisi, 19 dəfə fəxri
fərmanla təltif olunan, 15 rektorla 60 il İqtisad Universitetində bütün
vəzifələrdə işləyən, respublikada "İqtisadi Kibernetikanın” yaradıcısı və
təşkilatçısı, respublika və xarici dövlətlər üçün 60-dan çox elmlər namizədi və
doktoru yetişdirən, 20 il Təhsil Nazirliyində ictimai əsaslarla "iqtisad”
bölməsinə rəhbərlik edən, namizədlik və doktorluq dissertasiyalarının müdafiə
şurasına sədrlik edən və digər titulların daşıyıcısı Bədirxan Musayevin məktubunu
qısa ixtisarla təqdim edir:
«Hörmətli cənab Prezident!
1) Təhsil sisteminə yeni təyin etdiyiniz məmurlar millət
vəkili, komissiya sədri Şəmsəddin Hacıyevin milyardları, havadarları və vəzifələrindən
ehtiyatlanmasalar, məni çoxdan işə bərpa edib, onu cinayətə cəlb etdirərdilər.
2) Qanunlar işləsə, konstitutsiyaya əməl olunsa, baş
prokuror yerində olsa və məhkəmə sistemi alverxana mərkəzinə çevrilməsə, Ş.Hacıyev
çoxdan həbsxanada islah olunmalıydı.
3) Ş. Hacıyevin təmir-tikinti işlərinin yerinə yetirilməsindəki
dövlət vəsaitinin mənimsəməsi; struktur islahatlarının aparılmasındakı bəd əməllərinə
və bədnam fəaliyyətinə; bölgələr arasında nifaq salaraq Şəki-Şirvan bəylər-bəyliyinin
yaratmasındakı cinayətlərinə və i.a. müvafiq orqan rəhbərlərinin hüquqi qiymət verməməkdə
maraqlı olunmaması, mənim bu günə hüququmun kobud pozulmasına səbəb vermişdir.
4) Mən ulu öndər H.Əliyev və siyasətinizə sadiq qaldığım
üçün 3 ildir əzab-əziyyətlərə məruz qalmağıma baxmayaraq, Ş. Hacıyevin səviyyəsinə
enib, xarici mətbuata və səfirliklərə müraciət etməyi özümə rəva bilmədiyimdən,
mənə qarşı təhdidlər dözülməz hal almışdır.
5) Məhkəmə sistemi hakimləri Ş. Hacıyevin bəd
əməllərini pərdələmək və özlərinin alverxana mərkəzinə çevirməklərini gizlətmək
üçün seçki komissiyasının videokasetini (bizim təkidimizə baxmayaraq) nümayiş
etdirməkdən və qətnamələrdə adını çəkməkdən imtina etmələri "ədalət”
məhkəməsini hörmət və nüfuzdan salmaqdan başqa bir şey deyildir.
Hörmətli cənab Prezident! İnkar olunmaz sənədlər
əsasında Ş. Hacıyevin rüşvətxorluğu və çoxsaylı saxtakarlıqlarına qarşı
mübarizə aparıb, onu ifşa etdiyimə görə məndən intiqam almaq məqsədi ilə bir
həftə ərzində məni üç vəzifədən (sənədləri saxtalaşdırmaq yolu ilə)
qeyri-qanuni azad edib, universitet binalarına daxil olmağa qadağa qoymuş və
mənə «vətən xaini» damğası vuraraq, vətənimi zorakı yollarla tərk etməyə cəhd
göstərmişdir.
Hörmətli cənab Prezident! Sizə və müvafiq orqan
rəhbərlərinə təqdim etdiyim seçki komissiyasının protokolu, aktı və Təhsil
Nazirliyinin təlimatını video-kaset və digər sənədlərlə müqayisə etdirib,
araşdırdıqdan sonra Ş. Hacıyevi (haqlı olaraq) rektor vəzifəsindən azad
etdiniz. Bununla da tələbə və valideynlərin soyulmasına hələlik son qoydunuz.
Göstərilən inkarolunmaz sənədləri İqtisad Universitetinin yeni rektoruna da
təqdim etmişəm. Nədənsə həmin sənədləri araşdırıb məni işə bərpa etmək üçün
hələlik heç bir tədbir görülməmişdir.
Hörmətli cənab Prezident! Sabiq rektor Ş. Hacıyevin
dəstə üzvləri rüşvətxorluqlarına, milli xəyanətlərinə, saxtakarlıqlarına və
dələduzluqlarına görə tutduqları vəzifələrindən (yeni rektor tərəfindən haqlı
olaraq) azad edilirlər. Titulların sayına görə, təhsil sisteminin milli
qəhrəmanı hesab olunan, 60 il 15 rektorla bütün vəzifələrdə şərəflə işləyən,
Universitetin saflığı uğrunda fasiləsiz mübarizə aparan mən isə indiyə kimi işə
bərpa olunmamışam.
Hörmətli cənab Prezident! Sabiq rektor Ş. Hacıyev
mənim kafedra müdirliyimdən imtina ərizəmi nəzərə almadan, Təhsil Nazirliyinin
təlimatının 2.9 maddəsini pozaraq, məni seçki komissiyasının iclasına dəvət
etdirdi. Mən seçki komissiyasının iclasında imtina ərizəmi oxuyub, mənim
idarəetmə qabiliyyətim və bacarığım haqda ictimai rəy sorğusu keçirilmədiyini,
müvafiq kafedra və ekspertlərin rəylərinin olmadığını nəzərə alıb, seçki
komissiyasında kafedra müdiri seçilmək haqda müzakirənin keçirilməsinin heç bir
hüquqi əsası olmadığını bildirib, zalı tərk etdim. Belə şəraitdə Ş. Hacıyev
tərəfindən seçki komissiyasında müzakirə aparmadan məni gizli səsə buraxdırıb,
yeşikdə qoydurması yeni rəhbərlik tərəfindən nəzərə alınmır.
Hörmətli cənab Prezident! Son üç ildə rastlaşdığım
məmurların cəsarəti çatsa və seçki komissiyasının protokolu və aktını video-kasetlə
müqayisə edib araşdırsa idilər, Ş. Hacıyevi islah olunmağa göndərsəydilər, onda
məni maddi və mənəvi sarsıntılardan, əzab və əziyyətdən azad edərdilər. Bunlardan
başqa 120 dəfə cənab Prezident və müvafiq orqan rəhbərlərinə müraciət etməkdən,
70 dəfə teleqram vurmaqdan, 110 dəfə cari mətbuatda məqalə nəşr etdirmədən,
1200 nəfər ziyalıların cənab prezidentə məni qəbul etmək üçün müraciət
etmələrindən, 130-a yaxın məhkəmə hakimləri ilə rastlaşmadan, iki dəfə
Azərbaycan vətəndaşlığından çıxmaq üçün cənab Prezidentə müraciət etmədən xilas
olardım. İndi araşdırma aparılarsa, Ş.Hacıyevlə birlikdə onun bəd əməllərinə
haqq qazandıran məmurlar da həbsxanada müalicəyə göndərilə bilər.
Hörmətli cənab Prezident! Bəyəm respublikada 3-5
nəfər adlı-sanlı, təmiz və obyektiv adam tapılmır ki, inkarolunmaz sənədlər
əsasında (video-kaset, təlimat, seçki komissiyasının protokolu və aktı)
araşdırma aparıb, Ş.Hacıyevin mənə qarşı təxribat törətməsini aşkar edib,
həbsxanada müalicə olunmağa göndərsinlər.
Hörmətli cənab Prezident! Təhsil Nazirliyi
sisteminin yeni ştat cədvəlində rektorun müşaviri vəzifəsi nəzərdə
tutulmamışdır. Ş.Hacıyev 2008-ci ildə mənim xəbərim olmadan, mənimlə
razılaşdırılmadan məni rektorun müşaviri vəzifəsində saxlayıb (imtina ərizəm
olduğu halda) kafedra müdiri vəzifəsini mənə həvalə etməsi, əmr vermədən
professor vəzifəsindən azad etməsini rəhbərlik araşdırma aparıb məni işə bərpa
etmək üçün nəzərə almamışdır.
Hörmətli cənab Prezident! Ş. Hacıyev Sizin "Ali
təhsil müəssiələrində çalışan işçilərin sosial müdafiəsinin gücləndirilməsi
haqda” sərəncamnıza məhəl qoymadan, rektor işlədiyi dövrdə məndən xəbərsiz ilk öncə
mənim sosial vəziyyətimi gücləndirmək əvəzinə, tam əksinə, 450 manatlıq əmək haqqından
280 manatlıq maaşlıq vəzifəyə keçirməklə, daha da ağırlaşdırmışdır. Bu, cənab
Prezident mənə qarşı təxribat deyildirmi?
Hörmətli cənab Prezident! Universitetdə mənim
yaşımda 17 nəfər, mənim yaşımdan çox 22 nəfər, əməkdaşların əksəriyyəti vəzifə
ilə təmin olunmuşlar. Necə olur ki, Ş.Hacıyev kafedra müdiri, 4 ştat aspirant
və dissertantlara rəhbər (25-30 nəfərə), millət vəkili, komissiya sədri, təşkil
etdiyi şirkətlərə rəhbərlik edə bilir, mən isə yaratdığım "İqtisadi
Kibernetika” ixtisasının kafedrasında professor və ya məsləhətçi kimi qəbul
edilə bilmirəm?
Hörmətli cənab Prezident! Necə olur ki, Ş.Hacıyevin
təhlükəli dəstə üzvləri kafedra müdiri əvəzi, 0,5 ştat əvəzçiliklə kafedra
əməkdaşı, 250 saat hesabı dərs deyir və tam pensiya ilə təmin olunurlar? Mən
isə İqtisadi Kibernetika ixtisasının yaradıcısı və təhsil sisteminin milli
qəhrəmanı kimi yaratdığım və formalaşdırdığım "İqtisadi Kibernetika”
kafedrasında professor və ya məsləhətçi ola bilmirəm?
Hörmətli cənab Prezident! Universitetin yeni
rəhbərliyi məhkəmə sistemi qərarlarına istinad etdiklərinə görə məni hələlik
işə bərpa etmirlər. Əgər Siz məhkəmə qərarlarına istinad etsəydiniz, Ş.
Hacıyevi nəinki rektor vəzifəsindən azad edərdiniz, hətta onu milli qəhrəman
adına layiq görərdiniz. Siz ədalətli Prezident olduğunuza görə ədalətli də
qərar qəbul edərək, onu vəzifəsindən azad etdiniz. Bu da məhkəmə sisteminin hansı
biabırçı vəziyyətdə olduğunu göstərməklə, mənim illərlə yazdıqlarım şikayətlərin
təsdiqlənməsi deməkdir ki, buna görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Hörmətli cənab Prezident! Ş. Hacıyev son 10 ildə
İqtisad Universitetini diplom satan mağazaya çevirdiyi kimi, məhkəmə sistemini
də alverxana mərkəzinə çevirmişdir. Ş.Hacıyev milyardları, havadarları və
vəzifələri hesabına məhkəmə sistemi sədr və hakimlərini satın alaraq, ədaləti
ədalətsizliyə satmaq, günahkara haqq qazandırıb, günahsızı cəzalandırmaqla ağır
cinayətə təhrik edir. Belə millət vəkili, komissiya sədrinə ar olsun!
Hörmətli cənab Prezident! Hakimlər Ş. Hacıyevin
milyardları təsiri altına düşdüklərindən ağa qara, qaraya ağ deməklə
(Hindistandan fərqli olaraq) insanları diri-diri yandırırlar.
Hörmətli cənab Prezident! Son üç ildə 60 dəfə
rayon, apelyasiya və ali məhkəmələrdə Ş. Hacıyevin cinayətləri müzakirə olunub.
Müzakirələrdə 120 nəfər hakim iştirak edib. Hər bir şikayət məhkəmələrdə 2-3
dəfə müzakirə edilib, mən 180 dəfə məhkəmələrdə iştirak etmək üçün 1800-2000
manat taksilərə pul xərcləmişəm. Hakimlərin bəzisi qabaqcadan səmimi etiraf
edirlər ki, ədalət və həqiqət sənin (Musayev B) tərəfindədir, ancaq sədrlər
imkan vermir ki, ədaləti bərpa edək. Bəziləri qabaqcadan rüşvət alırdılar ki,
ədalətli qətnamə qəbul edəcəklər. Bir qədər sonra aldıqları rüşvəti qaytarıb,
elan edirdilər ki, sədr Ş. Hacıyevdən 10 min manat rüşvət aldığına görə bizə
imkan vermir ki, ədalətli qərar qəbul edək.
Hörmətli cənab Prezident! Konstitutsiyanın 90.I
maddəsində göstərilir: "Azərbaycan respublikası Milli Məclisinin deputatı
cinayət başında yaxalanarsa tutula bilər”. Sabiq rektor 10 ildir Dərbənd
filialına qəbul olan tələbələrin 60-70%-inə qəbul, nə də semestr imtahanları
vermədən (onların imtahanlarını valideynləri verir) 40-50 min manata diplom
əldə edirlər. Bir çoxları hərbi xidmətdə olduqları halda, birinci kursu oxumadan,
ikinci kursa köçürülürlər. Riyaziyyat fənnindən bilikləri sıfır olduğu halda,
qəbul və semestr imtahanlarından əla və yaxşı qiymətlər yazılır. Bunlar Ş.
Hacıyevin vəzifə başında cinayətləri deyildirmi? Müvafiq orqanlar bunlara nə
üçün göz yumurlar?
Hörmətli cənab Prezident! Necə olur 100-200 manat
rüşvət alanlar həbs olunur. Dərbənd filialına tələbə qəbulundan 145-150 milyon
manat, daxili və xarici köçürmələrdən 80-100 milyon manat, digər mənbələrdən
350-400 milyon manat rüşvət alan Ş. Hacıyev həbs olunmaq əvəzinə günəş kimi
yanıb, ulduz kimi parıldayır. Bunlarla əlaqədar olaraq Baş prokurora
ünvanladığım müraciətlərə cavab olaraq ondan aldığım məktubda deyilir: "Təhsil Nazirliyindən
aldığımız məktubdan məlum olmuşdur ki, Sizin müraciətinizdə göstərilənlər Ş.
Hacıyev tərfindən araşdırılmış və öz təsdiqini tapmamışdır”. (İstənilən vaxt
cavabları təqdim edə bilərəm).
Hörmətli cənab Prezident! Məmurlar məni işə bərpa
etmək üçün inkar olunmaz faktiki sənədlərə əsasən deyil, saxta məhkəmə
qərarları və göstərişlərə istinad etməyə cəhd göstərirlər. Mənim lobarantlıqdan
elmin yüksək səviyyəsinə çatmasına deyil, Ş.Hacıyevin havadarları, milyardları
və vəzifələrinə istinad edirlər. Təhsilin sağlamlaşması və saflığı uğrunda
canını fəda verənə deyil, yaltaq və min sifətlilərin saxta informasiyalarına
istinad edirlər. Beləliklə, məmurlar məni işə bərpa etməmələrinin səbəbini
"dəvəni saxlamaq üçün başından deyil, quyruğundan tutmalarına arxalanırlar”.
Hörmətli cənab Prezident!
Cəbhədə əqidəsinə sadiq
qalıb, düşmənlə amansız vuruşub, özlərini fəda verənlər milli qəhrəman adına layiq
görülürlər. Təhsil sistemində də millətin gələcəyini (kadr potensialını) məhv
edənlərə qarşı vuruşub, canını və qanını fəda verənlər də milli qəhrəman adına
(elə fəxri ad təsis olunmasa da) layiqdirlər. Mən İqtisad Universitetində 60
illik elmi-pedaqoji fəaliyyətimi millətin gələcəyini məhv edən korrupsiya və
rüşvətxorluğa qarşı mübarizəyə həsr etmişəm. Müvafiq orqan rəhbərləri
cinayətkarları həbs etmək əvəzinə, 1959-cu ildə İqtisad İnstitutunu Bakı Dövlət
Universitetinin fakültəsi və 1987-ci ildə Leninqrad Maliyyə-Iqtisad
İnstitutunun filialına çevirmişlər. İndi isə (2014-cü ildə) rüşvətxorlar və
dələduzlar sərkərdəsi Ş.Hacıyev və onun təhlükəli banda üzvlərini həbs etmək
əvəzinə işdən çıxarmaqla kifayətlənmişlər. Belə də ədalətsizlik olarmı?
Hörmətli cənab Prezident!
Əgər məndə mafioz
birləşmələri yaradıb milyarder olsa idim, mötəbər məclislərdə iştirak edərdim. Amma
mən "palaza bürün ellə sürün” və "millət üçün ağlayan iki gözdən olar”
sözlərinə vaxtında biganə qalmışam. Ona görə də Ş. Hacıyev faşizm jarqonları ilə
mənə "vətən xaini” damğası vurub, gestapo rejimlərində olduğu kimi bir həftə
ərzində məni vəzifələrimdən belə rahatlıqla kənarlaşdıra bilməzdi.
Hörmətli cənab Prezident!
Ş.Hacıyevin bəd əməlləri
və bədnam fəaliyyətini nəinki mən ifşa edirəm, hətta ulu öndər H.Əliyevin
qardaşı akademik Cəlal Əliyev Ş.Şacıyevi keçmiş rəhbərlərə "skripka çalan”,
qardaşı professor Aqil Əliyev H.Əliyevdən Moskvaya 300-dən çox imzasız məktub
göndərməsinə görə təhsilmizin "zəhərli əqrəbi”, bacısı Şəfiqə xanım Əliyeva Ulu
Öndərimiz Heydər Əliyevin dəfni günü bayram etdiyinə görə "mənəvi terrorçu”
adlandırmışlar. Bu cür adamı, yəni Ş.Hacıyevi millət vəkili və komissiya sədri
saxlamaq olarmı?
Tədbir görmək və sənədlərlə Sizi tanış etmək üçün məni qəbul etmənizi
xahiş edirəm».
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi