Ramil Səfərov ata oldu

img

28-05-2014 [20:32]


Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərov ata olub.

MİA AzVisionaz-a istinadən xəbər verir ki, R.Səfərovun qızı olub. Ramil Səfərovun həyat yoldaşı Şəbnəm Səfərova ana olması ilə bağlı öz sevincini Facebook- səhifəsinə paylaşıb:

"Yaxşı ki, doğuldun sevimli Cümhuriyyət, yaxşı ki doğuldun şirin mələyim. Yaxşı ki varsan mənə dünyanın ən gözəl duyğusunu yaşadan kişi”.

Qeyd edək ki, Ramil Səfərov 2012-ci il oktyabrın 9-da evlənib. 2004-cü ilin yanvarında Macarıstanda erməni zabitinin qətlində günahlandırılaraq barəsində ömürlük həbs qərarı çıxarılan Ramil Səfərov 8 il sonra - 2012-ci il avqustun 31-də Azərbaycan prezidentinin səyi ilə Budapeşt şəhərindəki həbsxanadan çıxarılaraq Bakıya gətirilib. Daha sonra prezidenti İlham Əliyevin sərəncamı ilə əfv olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA