28-05-2014 [00:04]
Bu gün də ona hər kəs Vaqif müəllim deyir. Qarabağ döyüşlərində ad çıxarmış rota komandiri, ermənilərin qorxulu röyası Vaqif müəllim. Ama bu adı təssüf ki, çoxları tanımır. Əslində isə tanınmalı, tanıdılmalı birisidi bu tanınmamış qəhrəman...
İndi onu tanıyan, onun haqqında danışan hər kəs hörmətlə çəkir Vaqif müəllimin adını. Milli Qəhrəman adına layiq olan amma "layiq görülməyən” məşhur 2-ci rotanın komandiri, laçınlı Vaqif Quliyev...
O, könüllü olaraq döyüşlərə qatılanda Laçının Ərdəşəvi kənd orta məktəbinin direktoru işləyirdi. Və bir neçə gün idi ki, yeganə oğul övladı Beyrək dünyaya gəlmişdi...
Onunla birgə döyüşən və sağ qalan silahdaşları rota komandiri Vaqif müəllimin Laçında 50-dən çox kəndi ermənilərdən təmizlədiyini deyir. Yüzlərlə erməni dığasını məhv etdiyini söyləyir. Bir neçəsi ilə dəfələrlə söhbət etmişəm. Onun haqqında danışanda gözlərindəki parıltını, üzlərindəki nuru görmüşəm hər dəfə. Onun adı gələndə bəzilərinin ağladığının şahidi olmuşam.
"O, bambaşqa insan idi. Çox sadə, mehriban, gülərüz və olduqca ürəkli, qorxmaz birisi idi. İndi elə kişilərdən azdı, yoxdu”. Komandirləri haqda danışan silahdaşları, səngər yoldaşları, Qarabağ qaziləri Rəhman, Ərşad, Nuru deyir bunları...
Hoçaz yüksəkliyi-böyük zəfər
Vaqif müəllimin rotasının zəfərləri çox olub. Onlardan ən məşhuru Hoçaz kəndinin ermənilərdən azad edilməsi uğrunda gedən düyüşlər idi. Bu döyüş Laçının işğalından sonra rayonun şimal istiqamətində ermənilərə vurulan ilk sarsıdıcı zərbə idi. Bu əməliyyatda iştirak etmiş, onun rotasının əsgəri omuş Ərşad Hüseynovun dediklərindən:
"1 avqust 1992-ci ildə Vaqif müəllimin komandirliyi altında rotamız Alxaslı kəndindən Hoçaz istiqamətinə irəliləyirdi. Məqsədimiz Hoçaz kəndi ətrafında möhkəmlənmək idi. Laçını yaxşı tanıyanlar Hoçazın hansı hərbi-strateji əhəmiyyətə malik olduğunu yaxşı bilirlər. İxtisasca tarixçi olan və Ərdəşəvi kənd orta məktəbinin direktoru vəzifəsini qoyaraq torpaq uğrunda savaşa atılmış Vaqif müəllim döyüş qaydalarını da gözəl bilirdi. Ona görə də hələ bir sutka əvvəldən Hoçaz istiqamətində 5-6 nəfərlik kəşfiyyat qrupu göndərilmişdi. Avqustun 1-də təxminən saat 12 radələrində kəşfiyyat qrupu geri dönərək Sonasar kəndində bizə çatdı. Məlum oldu ki, düşmənin bir rotası bizdən qabaq Hoçaz kəndinə daxil olmuş və orada mövqelərini möhkəmlətməklə məşğuldur. Komandirimiz qısa müzakirə təşkil etdi və qəti qərara alındı ki, ləngitmədən düşmənə zərbə vurulsun. Hətta qəfil döyüş planı barədə yuxarı komandanlığa məlumat verməyi də lüzumsuz saydıq. Çünki təxminən 80 nəfərdən ibarət bir rota ilə 90-100 nəfərlik düşmən qruplaşmasına edilən bu həmlə kəşfiyyat xarakterli bir döyüş olmalıydı. Saat dörd radələrində Hoçaz dağının yamacında meşənin içindən düşmənin bütün mövqelərini aydınlaşdırmışdıq və hər birimiz nə edəcəyimizi bilirdik. Vaqif müəllim ən cəsur döyüşçülərdən ibarət 15 nəfərlik bir qrupa Hoçaz dağından aşaraq kəndin cənubuna – düşmənin arxasına keçmək əmri verdi və yarım saatdan sonra ilk atəşin açılacağını bildirdi. Döyüş deyilən vaxt başladı. İlk həmlədə yaxın mövqelərdəki düşmənlərin bir-bir məhv edildiyi aydınca görünürdü. Qəfil və inamlı hücum öz işini gördüyündən cəmi yarım saat sonra düşmənin pərən-pərən olduğu, fürsət düşdükcə qaçmağa çalışdığı aydınca görünürdü. Lakin qaçmaq da asan deyildi. Düşmənin bütün mövqeləri tam nəzarətdə idi, xüsusən Cəmilin dəstəsinin arxadan gözlənilməz zərbəsi onların qaçmaq imkanını da tükətmişdi. Beləcə təxminən iki saat çəkən döyüşdən sonra ermənilər tərəfdən artıq bir atəş də yox idi. Düşmənin mövqelərinə gəldikdə isə hər tərəfə meyitlərin səpələndiyi bir mənzərə var idi. Onların təkcə döyüş meydanda qoyduğu cəsədlərin sayı 45-50 civarında idi. Düşmənin bütöv bir rotası məhv edilmişdi. Bir nəfər əsir götürülmüşdü. Növbəti gün əsir götürülən başqa bir erməni deyirdi ki, dünənki döyüşdən cəmi 10-15 nəfər canını salamat qurtarmışdır. Qalanların çoxu ölmüş, bir qismi isə yaralanmışdır. Hoçaz döyüşü bizim üçün də itkisiz olmadı. Elə həmin döyüşdə rotamız ilk şəhidlərini verdi. Minkənddən Vüqar, Alxaslıdan Qasım və Polad, Hoçazdan Asəf və Kamil qardaşları, Vağazindən Ramiz, Bozgüneydən Səməd və Müzəffər. Onların hər biri qəhrəmancasına döyüşərək şəhid oldular.”
Ərşad deyir ki, digər yaddaqalan epizod sabahısı gün – avqustun 2-də oldu. "Avqustun 1-dəki döyüşdən sonra əvvəlki mövqeyimizə çəkildik. Avqustun 2-də yenidən Hoçaza doğru yaxınlaşanda ermənilərin öz meyitlərini odun parçaları kimi yük maşınına yığdığını gördük. Yenidən döyüş başladı. Təxminən 40 dəqiqəlik döyüşdən sonra ermənilər 10-dan artıq itki verərək qaçdılar. Lakin kəndin kənarında olan məktəbin binasında bir neçə düşmən gizlənmişdi. Döyüşçülərimiz məktəbi tam əhatəyə aldığından onlardan ikisi qaçmağa çalışarkən məhv edildi. İçəridə qalanlar qaçmağın da mümkün olmadığını görərək müqavimət göstərdilər. Rəhmətlik Vaqif müəllim göstəriş verdi ki, atəşi dayandırın. Tam sakitlik olanda içəridəkilərə rusca dedi ki, 2 dəqiqəyə təslim olun, sizi öldürməyəcəyik. Vaxtın tamamında ultimatumu bir də təkrarladı, heç bir reaksiya olmadığını görərək hamıya məktəbin pəncərələrinə yayındırıcı atəş açmaq əmri verdi. Rəhmətlik özü qapıdan içəri keçən kimi atəşi dayandırdıq. Təxminən 10-15 saniyədən sonra içəridən əvvəlcə iki qısa atəş, daha sonra şappıltı səsi gəldi. Ardınca Vaqif müəllimin səsi eşidildi və gördük ki, o, bir ermənini boynunun arxasından tutaraq çölə sürüyür. Rəhmətlik dedi ki, birini içəridə gəbərtdim, bu alçaq o qədər yaxından atəş açdı ki, avtomatının alovu saqqalımı ütdü, qızmış lüləsi isə əlimi yandırdı. Ancaq yüksək fiziki hazırlığı olan Vaqif müəllim (rəhmətliyin boyu təxminən 185 santimetr idi) bir zərbə ilə onu yerə sərərək əsir götürmüşdü. Bu Hoçaz döyüşündə ələ keçən ikinci əsir idi.”
Vaqif Quliyevin rotasında döyüşmüş, Hoçaz zəfərində iştirak etmiş Rəhman Məhərrəmov danışır ki, Vaqif müəllim bütün döyüşlərdə ən qabaqda olardı, ən çox ermənini də özü vurardı. "Çox qorxmaz adam idi.”
Rəhman bir maraqlı faktı da nəql edir. O, deyir ki, Hoçaz əməliyyatında ermənilər tərəfindən döyüşən və üstlərindən sənəd tapılmadığı üçün hansı millətdən olduqları bilinməyən üç qadın snayperçi də öldürülmüşdü.
Rəhman başqa bir əməliyyatdan söhbət açaraq danışır ki, Xankəndidən Laçına gedən strateji əhəmiyyətli dağ yolu var idi. O yolla ermənilər Ermənistandan texnika və canlı qüvvə daşıyırdılar. Bu yol Azərbaycan ordusu üçün ən təhlükəli mövqelərdən biri sayılırdı. Vaqif müəllimin şəxsən rəhbərlik elədiyi kəşfiyyat-diversiya qrupu tərəfindən o yol partladılır. Bununla da erməni silahlı qüvvələrinə böyük zərbə vurulur...
"Laçınsız Laçının hərbi komissarı olmaz”
Laçının işğalından sonra Ağcabədinin Mədəniyyət Evində laçınlıların iclası keçirilirmiş. İclasa Vaqif müəllimi də çağırırlar. O, döyüş mövqeyini tərk edib gəlmək istəməsə də, onu iclada iştirak etməyin vacibliyinə inandıra bilirlər. Vaqif müəllimin döyüşlərdəki uğurlarını, onun rayondakı nüfuzunu, təşkilatçılıq qabiliyyətini nəzərə alan laçınlılar təklif edir ki, o, Laçının hərbi komissarı olsun. O iclasda iştirak edənlər deyir ki, Vaqif müəllim orada çox təsirli bir çıxış eləyib. O, vəzifə təklifinə qətiyyətlə qarşı çıxıb. Vaqif müəllim, deyib ki, vətən dardadı, Laçın əldən gedib, hər kəs müharibəyə kömək barədə düşünməli olduğu halda burada vəzifə bölgüsü aparırsız.
Vaqif müəllim iclası acıqlı şəkildə tərk eləyib və çıxarkən bu sözləri deyib: "Bir şeyi bilin ki, Laçınsız Laçının hərbi komissarı olmaz.”
Halallaşmağa gəlmişdi...
Mən onu şəxsən tanıyırdım. Sonuncu dəfə onu 92-ci ilin yayında bizim kəndə-Ağcabədinin Avşar kəndinə gələndə görmüşdüm. Hərbiçi yoldaşları ilə, hərbi formada, silah bellərində UAZ-la bizə gəlmişdilər. Onda 9 yaşım var idi. Atamın ən yaxın dostu olan Vaqif müəllim bizimlə görüşməyə, halallaşmağa gəlmişdi...Məni lap çox istəyirdi. Onun saqqal basmış nurlu sifəti hələ də gözümün qabağındadı, elə bil bizə dünən gəlmişdi. Tezliklə öləcəyini duyurmuş kimi bizimlə halallaşmağa gəlmişdi rota komandiri Vaqif müəllim...Elə də oldu...
Bizdən gedəndən az müddət sonra ölüm xəbərini eşitdik. Sarsılmışdım. Çox sarsılmışdım bu xəbərdən. Uşaq olsam da, onun ölümü mənə çox pis təsir etmişdi. Neçə gün məni sakitləşdirə bilməmişdilər...
Uğursuz Vəng əməliyyatı-son döyüş
...1992-ci ilin sentyabrın 2-də Ağdərənin Vəng kəndi uğrunda gedən ağır döyüşlərdə tək başına düşmənin onlarca canlı qüvvəsini məhv etdikdən sonra, Vaqif Quliyev yaralı əsgərini döyüş meydanından çıxararkən qəhrəmancasına şəhid olur.
Onun rotasında vuruşan Nuru İbrahimov 22 il qabaq baş vermiş o döyüş barədə danışanda, Vaqif müəllimin şəhid olduğu anları mənimlə bölüşəndə həyəcanını, qəhərini boğa bilmir. O, deyir ki, Hoçaz zəfərindən sonra Vaqif müəllimin rotasının cəsarəti, igidliyi böyük rezonans yaratmışdı. O zaman böyük strateji əməmiyyəti olan, Ağdərənin Vəng kəndi uğrunda əməliyyatlarda iştirak etmək üçün 701-ci briqadanın komandiri Zaur Rzayevin göstərişi ilə Vaqif Quliyevin 2-ci rotası Laçından Ağdərəyə gətirildi. Vaqif müəllim və döyüş yoldaşları o zonaya yaxşı bələd deyildilər...
Nuru deyir ki, Vaqif müəllim döyüşlərə gedərkən həmişə rotanı üç "vzvoda” bölərdi və özü həmişə öndə gedərdi: "Vəng əməliyyatında da belə elədi. Vəng istiqamətində irəliləyərkən, Vəngin yaxınlığında sıx meşənin ortasında qəfildən güclü döyüşlər başladı. Əvvəldən yaxşı hazırlanmış, güclü silahlarla silahlanmış ermənilər pusquda bizi gözləyirmişlər kimi üstümüzə hücuma keçdilər. Bizim rotada 70-80 nəfər vardı. Uşaqlardan bir neçəsi vuruldu. Rotamızın ən cəsarətli döyüşçülərindən Etibarın vurulduğunu görən Vaqif müəllim tez onu döyüş meydanından uzaqlaşdırmaq üçün onun yanına qaçdı. Vaqif müəllim Etibarı çıyninə götürdü və bu zaman onu vurdular...”
Həyəcandan səsi titrəyən, gözləri dolmuş Nuru deyir ki, Etibarı ölümdən xilas eləyən Vaqif müəllimi təcili tibbi yardım maşını ilə Kəlbəcərdəki qospitala aparmağa çalışıblar. Ancaq onun həyatını xilas etmək mümkün olmayıb, o yolda keçinib...
Qarabağ müharibəsində igidliyi, şücaəti ilə ad çıxarmış, yüzlərlə erməni öldürmüş, neçə-neçə kəndin azad olunması əməliyyatına şəxsən komandirlik etmiş Vaqif Quliyevə Milli Qəhrəman fəxri adı verilmədi. Ancaq, heç şübhəsiz, onu tanıyanların ürəyində Azərbaycanın bütövlüyü, müstəqlilliyi uğrunda canından keçmiş rota komandiri Vaqif müəllim bir Millət Qəhrəmanı olaraq daim yaşayacaqdır.
PS: Bir neçə gündən sonra Vaqif Quliyevin doğum günüdür. Yəqin bu da bir qismətdir ki, Vaqif müəllim canından çox sevdiyi, canını qurban verdiyi Azərbaycan Cümhuriyyətinin qurulduğu gündə - 28 mayda anadan olub.
Taleh Avşar
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi