Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
21-08-2023 [00:01]
Qoç - günün ilk yarısında qətiyyətli və iradəli olsanız, ciddi uğurlara nail ola bilərsiniz. İrəliyə doğru hərəkətinizə mane ola biləcək heç nə yoxdur. Ən güclü rəqibi belə, məğlub etmək imkanlarınız var. Yaxın ətrafınızdakı insanlar məsləhətlərinizə qulaq asanacaqlar. Bu insanlarla sayğılı davranın.
Günün ikinci yarısında mənfi təmayüllərin təsiri güclənir. Pulları ağılla xərcləyin. Gəlir vəd etməyən anlaşma və sövdələşmələri müzakirə etməyin. Yaxınlarınızla münasibətləri korlamayın. Sonradan ümumi dil tapmaq çətin olacaq.
Buğa - qeyri-standart və orijinal işlər üçün əlverişli zamandır. Problemlərin həllinə yaradıcı yanaşın. Rutin və yeknəsək işləri yerinə yetirərkən astagəllik etməyin. Orijinal, hətta ekstravaqant olmaqdan qorxmayın. Yaxın ətrafınızdakı insanlar sizi sərt tənqid etməyəcəklər.
Günün ikinci yarısı ünsiyyət üçün münasibdir. Maraqlı görüşlər və yeni tanışlıqlar istisna deyil. Dəvət aldığınız tədbirlərə qatılın. Vaxtınızı sərfəli keçirməklə yanaşı, maraqlarınızı, yaşamın müəyyən sahələrinə baxışlarınızı bölüşən insanlarla qarşılaşa bilərsiniz. Axşam saatlarında aktiv olun.
Əkizlər - səbrli və təmkinli olun. Önəmli qələbələr və sürətli irəliləyişlər vəd edən gün deyil. Niyyətinizə, məqsədinzə çatmaq üçün vaxt gərəkdir. Boş söhbətlərə qatılmayın, yoxlanmamış məlumatları yaymayın. Sözlərinizdə həddən artıq diqqətli olun. Önəm verdiyiniz insanlarla yaxşı münasibətləri qorumaq üçün ehtiyatlı davranın.
Günün ikinci yarısı yeni tanışlıqlar üçün əlverişli deyil. Yaxın ətrafınızdakı insanlarda özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın. Olayları dürüst qiymətləndirin. Sevdiyiniz insana vaxt ayırın. Onun dəstəyinizə ehtiyacı var.
Xərçəng - gərgin və fəaliyyət üçün o qədər də münasib zaman deyil. Şəxsi problemləri həll etmək, münasibətləri normallaşdırmaq olar. Yaxınlarınızla təmaslarınızda qayğıkeş olun. Diqqəti işlərə yönəldin. Belədə ciddi səhvlərdən qurtula bilərsiniz. Diqqətsizlik maliyyə itkiləri yaratmamalıdır. Mənasız və əsassız xərclər istisna deyil.
Günün ikinci yarısında yaşanacaq hadisələrin nəticələri yaxın vaxtlarda hadisələrə təsir edə bilər. Düşünülməmiş addımlar atmayın. Hər addımınızı götür-qoy edin.
Şir - başladığınız işləri nəzərdə tutduğunuz vaxtda bitirmək asan deyil. Geri çəkilməyin, təslim olmayın. İşgüzar danışıqlarda irəliləyişə nail olmaq istəyirsinizsə, diqqətli və həssas davranın. Şəxsi maraqlarınızı peşəkar fəaliyyətdəki məqamlarla qarışdırmayın. Belədə uğur qazanacaqsınız.
Günün ikinci yarısında zahiri görkəminizə xüsusi diqqət verin. Rəğbət bəslədiyiniz insanda özünüzlə bağlı xoş təəssürat yarada bilərsiniz. Problemlərə stoik yanaşın. Əyləncə və istirahətə çox pul xərcləməyin. Qənaətcil olun.
Qız - qəfil olaylara hazır olsanız, məhsuldar çalışa biləcəksiniz. Planlarda dəyişiklik zərurəti yaranarsa, çaşbaş qalmayın. İşdə həmkarlar və rəhbərliklə münasibətləri normallaşdırın. İşgüzar tərəfdaşların istəklərini qulaqardına vurmayın. Peşəkar fəaliyyət müstəvisində mövqeləriniz daha səbatlı ola bilər.
Günün ikinci yarısı uzunmüddətli anlaşmalar və razılaşmalar üçün pis deyil. Bütün işlərin öhdəsindən təkbaşına, müstəqil gəlməyə çalışmayın. Dostların təklif etdikləri yardımlardan faydalanmağı unutmayın. Maliyyə fonu yaxşı deyil. Nəzərdə tutulmuş xərcləri təxirə salın.
Tərəzi - müəyyən uğurlara rəğmən gün o qədər də yaxşı deyil. Qələbələrinizi kiçik saya bilərsiniz. Məğlubiyyətlərinizi fəlakət hesab etməyin. Əslində belə deyil. Günün hadisələrini sonradan müzakirə etsəniz, anlayacaqsınız ki, dəyərli, gələcəkdə faydalana biləcəyiniz təcrübə əldə edibsiniz.
Günün ikinci yarısında sənədlərlə çalışmayın, hesabatlar hazırlamayın. Adi günlərdən fərqli olaraq daha çox səhvlərə yol verəcəksiniz.
Yaxın dostlar və ailə üzvləri ilə birlikdə istirahət pis olmayacaq. Təşkilati məsələləri həll edin, bəxtə güvənməyin. Səfər və ya səyahətlərdə diqqətli olun. Axşam saatları kulinar eksperimentlər üçün pis deyil.
Əqrəb - bu gün başladığınız işdən asılı olmayaraq ehtiyatlı davranın. Çox diqqətli olun. Ən kiçik səhvlər və yanlışlıqlar sonrakı planlarınıza pis təsir edə bilər. Önəmli görüşə yollananda zahiri görkəminizə fikir verin. İstənilən nöqsanlar həmsöhbətinizdə neqativ reaksiya yarada bilər.
Günün ikinci yarısı həddən artıq dəqiqlik tələb edən işləri təxirə salın. Belə işlər çoxlu vaxt və qüvvə tələb edir. Səhhətinizdə problemlər istisna deyil. Daxili gərginlik olacaq. Bunun səbəbi isə problemlərin sayının həddən artıq olmasıdır. Bədbin olmayın. Pis əhvalınızın öhdəsindən gələ bilərsiniz.
Oxatan - çətin və qarışıq gün olsa da, uğur şansı var. Mövcud situasiyada köklü dəyişikliklər etməyə çalışmayın. Durumdan öz maraqlarınız üçün istifadə edin. Diqqəti cəlb etməyə səy göstərməyin. Uğurlar və irəliləyişləriniz barədə yaxşı tanımadığınız insanlara bəhs etməyin. Kölgədə qalın, gələcəklə bağlı planlar hazırlayın.
Günün ikinci yarısı görüşlər və müzakirələr üçün əlverişli deyil. Naqolay duruma düşərək qarşı tərəfdə özünüzlə bağlı pis təəssürat yaratmayın. Ekstravaqant əşyalar və geyim almayın. Yaxşı seçim edə bilməyəcəksiniz.
Oğlaq - qayğılar və problemlərin az olmadığı gündür. Başqalarının problemlərinin həlli çox vaxt alacaq. Müstəqil çalışa bilməyənlər sizə üz tutacaqlar. Səbrli, təmkinli və soyuqqanlı olun. Situasiyanı araşdırın, sonra işə başlayın.
Günün ikinci yarısında özünüzü qoruyun. İfrat yorğunluq səhhətinizdə ciddi problemlər yarada bilər. Soyuqdəymə, zökəm və yoluxucu xəstəliklər riski var. Ağır fiziki iş məsləhət deyil.
Dolça - kiçik anlaşılmazlıqlar və problemlər istisna deyil. Buna rəğmən normal gündür. İşdə həmkarlarla dil tapın, rəhbərliyin göstərişlərini yerinə yetirməyə çalışın. İşgüzar məziyyətlərinizi, bilik və bacarıqlarınızı nümayiş etdirin. Karyerada irəliləyişə, maaşın məbləğinin artırılmasına nail ola bilərsiniz.
İndiyədək planlarınızın reallaşdırılmasında dəfələrlə sizə mane olmuş insanlardan günün ikinci yarısında qurtula bilərsiniz.
Günün ikinci yarısı sövdələşmə və anlaşmalar üçün əlverişlidir. Daşınmaz əmlakla bağlı müzakirələrə qatıla bilərsiniz. Ev işləri və məişət qayğıları sizi narahat etməyəcək. Yaxınlarınız, dostlarınız sizə yardım edəcəklər.
Balıqlar - ciddi işlər və önəmli layihə üçün əlverişli gün deyil. Mühüm məsələləri çözmək istəyirsiniz, diqqətli olun. Fəaliyyətinizin az sonrakı mərhələsini təhlil edin. Addımlarınız yanlış olmasın. Mənasız və əsassız həyəcan, aqressivlik üçün üçün heç bir səbəb yoxdur.
Günün ikinci yarısında alış-verişi təxirə salın. Qənaətcil olun. Maliyyə məsələlərində uğursuz qərarlar qəbul etməyin. Kulinar eksperimentlər məsləhət deyil. Rutin işlərlə kifayətlənin.
Milli.Az
İSA NƏCƏFOV ELƏ SİRLƏRİ AÇDI Kİ... - Sensasiyalı MÜSAHİBƏ
Əli Əsədov: "Zəngəzur dəhlizi bütün türk dünyasının birləşdirilməsi üçün strateji əhəmiyyətə malikdir"
Mərkəzi Bankı uçot dərəcəsi barədə qərar qəbul edib
Şirvanşah modeli: kiçik dövlətin böyük strategiyası...
Bakıda ər-arvad bıçaqlanıb - Övladları saxlanılıb
AHİK YÜKSƏK VƏZİFƏ SAHİBLƏRİNİN MÜAVİNƏTİNİ KƏSDİ: məmurlara hər ay 172 manat verilirmiş... - Sahib Məmmədov kimlərin pulunu kəsib?
BƏƏ İran vətəndaşları ilə bağlı açıqlama yaydı
DOST TV-nin 2 yaşı tamam olub
Tramp İranın neft bazalarını vurmaqla hədələdi, müharibənin bitmə vaxtını açıqladı – “ABŞ-ın Hörmüz boğazına ehtiyacı yoxdur, Rusiya və Səudiyyə…”
Cəlilabadda 85 yaşlı kişi evdə yanaraq ölüb
Azərbaycan nefti 130 dollara satılır
Türk futbolçu İtaliyada “yüksələn ulduz” seçildi
İran İsrailə növbəti zərbə endirib - Yeni nəsil raketlərlə
İran Ordusu: “Daha bir MQ-9 Xomeyndə vurulub”
Cevdet Yılmaz Azərbaycana gəlib
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”