Cəlilabadda ildırım çaxdı, 1 nəfəri öldürdü, 2 nəfər yaraladı

img

27-05-2014 [22:48]


Azərbaycanın Cəlilabad rayonunda kartof sahəsində işləyən 3 fəhləni ildırım vurub.

MİA xəbər verir ki, APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün Cəlilabad rayonunun Söyüdlü kəndi ərazisində qeydə alınıb. Kartof sahəsində fəhlələr məhsul yığan zaman qəfildən ildırım çaxıb və onlardan 3 nəfərini vurub. Belə ki, Cəlilabadın Söyüdlü kənd sakini, 1953-cü il təvəllüdlü Leylaxanım Bahəddin qızı Abasova ildırım vurmadan hadisə yerindəcə dünyasını dəyişib. Onun oğlu, 1991-ci il təvəllüdlü Mürsəl Əhməd oğlu Abasov və Lənkəran rayon sakini Lətafət Allahverdi qızı Əliyeva isə ağır vəziyyətdə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlara müvafiq tibbi yardım göstərilsə də, vəziyyətlərinin ağır olduğu bildirilir.

Qeyd edək ki, ildırım ölən qadının bədənin əksər hissəsini demək olar ki, külə çevirib.

Qeyd edək ki, ötən ilin mayın 28-də də Cəlilabadın Ocaqlı kəndi ərazisində anoloji hadisə baş verib. O zaman ildırım vurmadan 1 nəfər ölmüş, 2 nəfər xəsarət almışdı.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA