Bakıda yol polisi qayda pozdu: "Malış, ağıllı ol!” - VİDEO

img

27-05-2014 [17:07]


Paytaxtda yol polisinin nəqliyyat qaydalarını pozması ilə bağlı video yayılıb. 

ANS PRESS-in məlumatına görə, görüntü sosial şəbəkədə yayılıb. Videodan da göründüyü kimi, avtomobili polis tərəfindən cərimə meydançasına aparılan sürücü DYP əməkdaşının maşını telefonla danışaraq idarə etməsini lentə alıb. Bundan əsəbləşən yol polisi isə sürücünün telefonunu ondan alıb. Daha sonra tərəflər arasında mübahisə yaranıb. Polis əməkdaşı telefonunu istəyən sürücüyə "gördün, maşını sürə-sürə telefonu əlindən necə aldım? Malış, ağıllı ol” deyib.

Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev isə ANS PRESS-ə açıqlamasında faktla bağlı məlumatının olduğunu və araşdırma aparıldığını deyib. 



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA