İlham Əliyev sürücülərlə bağlı qərar verdi - SƏRƏNCAM

img

27-05-2014 [15:10]


Prezident İlham Əliyev «İnzibati xətalar məcəlləsi»nə dəyişiklikləri təsdiqləyib. 


Yeni Məcəlləyə görə, sürət həddinin 10-20 km/saat aşılmasına görə cərimə 30 manatdan 10 manata endirilib. Sürücülük hüququnun məhdudlaşdırılmasına səbəb olan cərimə ballarının sayı 12-dən 20-yə qaldırılıb. 20 cərimə balı toplandıqda sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılacaq. Əvvəlki məcəllədə sürücülük hüququ 2 aydan 1 ilədək məhdudlaşdırılırdı.

Bundan sonra qayda pozan sürücünün DYP orqanına çağırılması qadağandır, - yeni Məcəllə bunu tələb edir.

Cərimənin ödənilməsi gecikdikdə hər gün üçün əlavə olunan dəbbə pulu 2 %-dən 1%-ə endirilir. Eyni zamanda cəriməni ödəyərkən 10%-lik güzəştdən istifadə müddəti 5 gün hesablanır. Əvvəllər isə bu müddət üç gün idi.

Azadliq.org


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA