General Məmməd Beydullayev polis idarəsinə çağırılıb

img

27-05-2014 [14:22]


Bu gün Azərbaycan Silahlı Qüvvələrinin Baş İnspeksiyasının sabiq rəisi, general-mayor Məmməd Beydullayev polis idarəsinə çağırılıb.

Bu barədə Publika.az-a mötəbər mənbədən məlumat daxil olub. Hələlik M.Beydullayevin polisə nə üçün çağırılması barədə məlumat yoxdur.

Sözügedən məsələ ilə əlaqədar Publika.az-ın əməkdaşı M.Beydullayevlə telefon əlaqəsi saxlayıb. General telefon zənginə "hazırda polisdəyəm”, - deyə cavab verib və daha sonra telefonu söndürüb.

Xatırladaq ki, 2013-cü il oktyabrın 24-də nazir Zakir Həsənovun əmri ilə Müdafiə Nazirliyinin Baş İnspeksiya İdarəsinin rəisi, general-mayor Məmməd Beydullayev vəzifəsindən azad edilib.

Onun yerinə isə Azərbaycanın Milli Qəhrəmanı, polkovnik Fəxrəddin Cəbrayılov təyin olunub.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA