Bakı İrəvanı öz silahı ilə vurdu: Xankəndi istiqamətində kritik gediş - Təhlil
16-08-2023 [16:38]
Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvləri və hərbi nümayəndələrin Ağdama səfəri başlayıb. 45 ölkə və 12 beynəlxalq təşkilatdan 100-ə yaxın diplomat və hərbçidən ibarət heyət Ağdam-Xankəndi avtomobil yolu, həmçinin Bərdə-Ağdam dəmiryolu olmaqla Qarabağ iqtisadi zonasının hazırkı yol infrastruktur potensialı ilə əyani tanış olacaq.
Eyni zamanda qonaqlara 30 ilə yaxın davam etmiş işğal dövründə Ağdamda törədilən dağıntılar haqqında məlumat veriləcək.
Qonaqların hazırda şəhərdə davam edən genişmiqyaslı quruculuq işləri ilə də yaxından tanış olması nəzərdə tutulur.
Prinsip etibarilə rəsmi Bakının bu addımı atacağı gözlənilirdi. Hesab edirəm, Azərbaycanı iki başlıca səbəb buna vadar etdi:
Birincisi, Azərbaycanda çalışan xarici ölkə diplomatları ölkələri üçün müxtəlif hesabatlar hazırlayırlar. Son vaxtlar bölgədəki gərginlik səbəbindən işlərinin həcmi artıb. Bir çoxu hadisələri özləri üçün aydınlaşdırmağa çalışırdı.
Ölkəmizə akkreditə olunmuş diplomatik korpus üzvlərini düşündürən əsas sual “Qarabağdakı ermənilərin sosial durumu həqiqətən ağırdır, yoxsa məsələni şişirdirlər?” idi.
Rəsmi Bakı həm bu suallara cavab vermək, həm də görülən işlərlə diplomatları yerindəcə tanış etmək üçün bu səfəri təşkil etdi. Hesab etmək olar ki, bu səfərdən sonra iştirakçılar mənsub olduqları ölkələrə həm Ağdam-Xankəndi avtomobil yolu, həm də Bərdə-Ağdam dəmiryolu olmaqla Qarabağ iqtisadi zonasının hazırkı yol infrastruktur potensialı ilə bağlı məlumat verəcəklər. Ümumiyyətlə, indiki həssas zamanda rəsmi Bakı bu kimi səfərlərin sayını artırmalıdır.
İkincisi, Ermənistan bir müddət öncə akkreditə olunmuş diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndələrini Azərbaycanla sərhəddə yerləşən, hazırda “humanitar yük” adı ilə göndərilmiş 19 TIR-ın dayandığı Kornidzor kəndinə gətirdi. Onlara burada öz maraqları kontekstində məlumatlar verildi. Hətta rəsmi Bakının guya Qarabağ ermənilərinə blokada tətbiq etdiyi diplomatlara bildirildi.
Rəsmi Bakının indiki məqamda Azərbaycanda akkreditə olunmuş diplomatları Ağdama aparması İrəvanın addımına cavab mahiyyəti daşırır. Həm də bununla İrəvanın “blokada”, “humanitar böhran” iddialarını çürütmək istəyir. Xüsusilə Ağdam-Xankəndi avtomobil yolu, həmçinin Bərdə-Ağdam dəmiryolunun diplomatlara təqdim edilməsi humanitar yüklərin bu yolla daha tez və təhlükəsiz çatdırılması ilə bağlı sübut mahiyyəti daşıyır.
Nəticə etibarilə Qarabağ ermənilərinin Azərbaycan qanunlarını qəbul etməkdən başqa alternativləri yoxdur. Humanitar yüklər isə yalnız Ağdam-Xankəndi yolu ilə daşına bilər. Rəsmi Bakı bunu bir daha elan etdi.
Turan Rzayev
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi