Məşhur müğənni bankda dava salıb? - Açıqlama

img

16-08-2023 [14:25]


Məşhur müğənni Gülben Ergen İstanbulda bankda dava salmaqda ittiham olunmasına sərt reaksiya verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, izləyicilərindən biri Gülben Ergeni İnstagram-dakı səhifəsində ona gözlənilməz xəbərdarlıq edib.

O, müğənnin millətin heabına "şişmək"də ittiham edərək, bildirib ki, Gülben nahar vaxtı banka gələrək ona xidmət olunmasını tələb edib. "Yox" cavabı alınca isə şüşələri yumruqlayıb.

Qadın izləyici daha sonra yazıb ki, müğənni işçiləri "bu bankın sahibini tanıyıram" deyərək hədələyib.

Müğənni isə bu iddiaları rədd edərək, tezliklə bankdan kamera görüntülərini alacağını və bunun yalan olduğunu görüntülərə təsdiq edəcəyini bəyanlayıb.

Qadın izləyici bundan sonra mesajını pozub. Müğənni isə onun üzr istədiyini yazıb.

Həmin açıqlamaları aşağıda olduğu kimi təqdim edirik:

Ləman

MİA.AZ
 

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR