"Rusiyanın yanında olmaq..." - Politoloqdan açıqlamalar
16-08-2023 [11:29]
"Rusiya-Ukrayna müharibəsi böyük və kiçik dövlətləri seçim qarşısında qoyub. Əsas sual budur: Sən kiminləsən və hansı dəyərləri bölüşürsən?".
Mia.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, Rusiyanın yanında olmaq Ukrayna torpaqlarının işğalına və təcavüzə haqq qazandırmaqdır:
"Rusiyanın işğalçı müharibəsini yalnız Şimali Koreya və ya Suriya kimi dövlətlər dəstəkləyə bilər, qalanları Rusiya ilə münasibətləri pozmamaq üçün sadəcə Kremllə dialoqu davam etdirirlər. Hindistan Kremllə dialoqu davam etdirən ölkələrdəndir. Ancaq Dehli son illərdə Qərblə daha çox yaxınlaşıb. Bunu Hindistanın baş naziri Narendra Modinin son səfərləri də sübut edir. Modi iyun ayında ABŞ və Fransaya səfərlər edib, bu iki ölkə ilə siyasi, iqtisadi və hərbi əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə edib".
Politoloq deyir ki, Modi baş nazir olduğu 2014-cü ildən bu yana Parisə 7 dəfə səfər edib. Fransa Rusiyadan sonra Hindistanın ikinci ən böyük silah və hərbi texnika tədarükçüsüdür:
"Hindistan ilbəil Rusiyadan aldığı hərbi texnikanın sayını və çeşidini azaldır. Modi ABŞ-da yüksək səviyyədə qəbul olundu. ABŞ prezidenti Cozef Bayden texnolgoiya və müdafiə sahəsində ölkəsinin Hindistanla əməkdaşlığını genişləndirəcəyini açıqlayıb. Vaşinqton Çini durdurmağın yollarından birinin Hindistanla sıx əməkdaşlıqdan keçdiyini görür. Digər tərəfdən Vaşinqton Dehlinin Pekinlə texnologiyalar sahəsində dərin əməkdaşlığının əleyhinədir.
Vaşinqton Hindistanın iqtisadi potensialını yüksək qiymətləndirərək gələcəkdə bu ölkənin Çinə alternativ ola biləcəyi qənaətindədir. Bunu indidən söyləmək çətindir. Doğrudur, Hindistan iqtuisadiyyatı dinamik inkişaf edir, ancaq Çinə alternativ olmaq üçün uzun yol qət edilməlidir. Hindistanın Çinə alternativ olması üçün Dehlinin qonşu ölkələrin iqtisadiyyatlarına yatırımlarını artırması da lazımdır".
E.Şahinoğlunun sözlərinə görə, Dehlinin ərəb və Afrika ölkələrinə də marağı artıb: "Narendra Modi iyun ayında Misirə də səfər edib bu ölkənin prezidenti Sisi ilə görüşmüşdü. Dehli Misirin BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) üzvlüyünü dəstəkləyir.
Narendra Modi 2024-cü il parlament seçkilərində mövqeyini daha da gücləndirmək üçün Hindistanın bölgədə hərbi gücünü artırmağa qərar verib. Modi məhz bu məqsədlə Qərb ölkələri ilə hərbi sahədə əlaqələrini gücləndirməyə qərar verib. Ancaq Modi balans siyasətindən də imtina etməyib. Misal üçün NATO-nun son Vilnyus zirvə toplantısına Asiya ölkələrindən Yaponiya, Cənubi Koreya, Yeni Zellandiya və Avstraliyanın baş nazirləri dəvətli idilər. Modi bu toplantıda iştirak etməmişdi".
Samir Musayev
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi