Meksikadakı səfirliyimizdən daha bir tədbir, səfir İlqar Muxtarov danışdı - FOTO

img

27-05-2014 [13:38]


Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı Səfirliyi tərəfindən 28 May Respublika günü münasibətilə Mexikoda tanınmış St. Regis ötelində rəsmi qəbul keçirilib.

Sözügedən ölədəkə səfirliyimizdən Mia.az-a verilən məlumata görə, tədbirdə Meksika Senatı və Deputatlar Palatasının rəhbər heyəti, XİN və digər dövlət qurumlarının təmsilçilərindən ibarət ölkə içtimaiyyətinin tanınmış nümayəndələri, Mexikoda akkreditə edilmiş diplomatik nümayəndəliklərin təmsilçiləri, ölkədə yaşayan yəhudi icmasının üzvləri və tanınmış elm və mədəniyyət xadimləri də daxil olmaqla cəmiyyətin müxtəlif təbəqələrindən olan həmvətənlilər iştirak ediblər.

 Tədbiri giriş sözü ilə açan səfir İlqar Muxtarov Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və onun Şərqin ilk demokratik respublikası olaraq dünya dövlətçilik tarixinə töhfələrindən, habelə ölkəmizdə müasir dövlət quruculuğu yolunda Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqına tarixi xidmətlərindən bəhs edib. 

Tədbirdə, həmçinin Azərbaycana dair video təqdimat nümayiş olunub.

 Sonra tədbir Meksikada yaşayan həmyerlilərimiz – Meksika Ştat Simfonik Orkestrinin azərbaycanlı üzvləri tərəfindən dahi Azərbaycan bəstəkarları Ü.Hacıbəyov, Q.Qarayev, F.Əmirovun, habelə tanınmış Avropa bəstəkarlarının repertuarına aid klassik musiqi parçalarından ibarət konsert proqramı ilə davam etdirilib.

 

Qəbulda, həmçinin ölkəmizin müasir və tarixi mənzərəsini əks etdirən fotoşəkillər sərgilənmiş, Azərbaycanın milli mətbəxt nümunələrindən ibarət ziyafət verilmişdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA