Rejissor və modelə cinayət işi açıldı - Məsciddə çəkilən və daha silinən fotolara görə (FOTOLAR)

img

16-08-2023 [09:28]


Türkiyənin paytaxtı Ankaradakı Kocatəpə məscidində uyğunsuz geyimdə çəkiliş apararaq sosial şəbəkədə paylaşan rejissor Bilal Kısa və model Ezgi saxlanılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, “dini dəyərləri ictimai şəkildə təhqir etmək” ittihamı ilə ifadələri alınan cinayəti ilə Ezgi C. və Bilal daha sonra məhkəmə qərarı ilə polis nəzarətinə veriliblər.

Xatırladaq ki, rejissorun məsciddə modelin çəkdiyi fotolar sosial mediada böyük etirazlara səbəb olub.

Belə ki, qısa köynəklə ətəyini yuxarı çəkən model baş örtüyü, papaq və təsbehi aksesuar kimi boynuna asıb.

Bundan dərhal sonra Ankara Baş Prokurorluğu cinayət işi açıb.

Rejissor əvvəlcə etirazlara qarşı çıxaraq pzünə haqq qazandırmaq istəyib: "Bu, rəzillik deyil. Bu, qətiyyən dinə hücum da deyil. Bu, insanların müəyyən bir hissəsinin qorxmamasını təmin etmək, əslində məscidlərin rahatlıq tapmaq məqsədini daşıyan bir layihədir". 

Lakin cinayət işinin açılmasından dərhal sonra o, sosial media hesabından həmin şəkilləri silərək, üzr istəyib: "Hər kəsdən üzr istəyirəm”.

Ləman

MİA.AZ

img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq