Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
16-08-2023 [00:11]
Qoç - məqsəd və hədəfləri dəqiqləşdirin. Ani hisslərə uysanız, sizi böyük uğura və ya nailiyyətə aparan yoldan sapa bilərsiniz. Yarımçıq işləri başa vurun, tənbəllik və süstlük etməyin.
Günün ikinci yarısında şirin vədlərə və reallıqdan çox uzaq təkliflərə aldanmayın. Yaxınlarınız sizi dəstəkləməyəcəklər. Sevdiyiniz insanın qayğısına qalın.
Buğa - işgüzar fəaliyyət baxımından uğurlu gündür. Mühüm saydığınız istiqaməti seçin, önəmli işi bəlirləyin. Yaradıcılıq potensialının səviyyəsi yüksəkdir. Nigaranlıq və təşvişdən uzaq olun.
Günün ikinci yarısı şəxsi münasibətlər baxımından uğurlu deyil. Haqqında müsbət fikirdə olduğunuz insan etimadınızı doğrultmayacaq. Münasibətlərə aydıqlıq gətirmək, yığılıb qalmış problemləri birgə həll etmək cəhdləri yaxşı heç nə vəd etmir.
Əkizlər - yalnız özünüzə güvənin. Yardım və dəstək gözləməyin. Kiməsə üz tutsanız, onun yardımı problemlərin sayını daha da artıra bilər. Yaxın müttəfiqlərlə münasibətlərdə çətinliklər yarana bilər. Sərt tənqidlərə izafi fikir verərək əhvalınızı pozmayın.
Günün ikinci yarısında əsəblər tarıma çəkiləcək. Bu isə başağrı, yuxusuzluq, xroniki ağrıların kəskinləşməsi təki fəsadlar ehtimalını gücləndirir. Səhhətinizə fikir verin. Kənar təsirlərə uymayın, təxribatlara fikir verməyin.
Xərçəng - yaxşı gündür. Narahat olmayın, hər şey normal olacaq. Hətta ümidsiz, çıxış yolunun olmadığını düşündüyünüz işlərdə irəliləyişə nail ola bilərsiniz. "Diplomatik missiya"ların öhdəsindən gələcəksiniz. Küsənləri barışdırmaq, bir-birlərinə qarşı çoxsaylı iddiaları və iradları olan insanları sakitləşdirmək çətin deyil.
Günün ikinci yarısında istənilən qarşıdurmanı danışıqlarla həll etmək olar. Fəqət, bütün diqqəti başqalarının problemlərinin həllinə yönəldərək öz işlərinizi unutmayın. Axşam saatlarına yaxın situasiya normallaşmağa başlayacaq.
Şir - bütün diqqəti işlərə yönəldin. Ev işləri və şəxsi münasibətlərdəki problemlərin həlli ilə məşğul olmaq mümkündür. Sizi narahat edəcək, nigaranlıq yaradacaq xəbər alacaqsınız. Əndişəniz səbəbsiz deyil.
Günün ikinci yarısında peşəkar fəaliyyət müstəvisində çətinliklər istisna deyil. Mövqelərinizin düşündüyünüz kimi, səbatlı və möhəm olmadığını anlayacaqsınız. Rəqibləri sürətlə, dərhal üstələmək istəyiniz irrealdır. Hiyləgər və fəndgir olun, uğurlu strategiya hazırlayın.
Qız - işlər və həllini tələb edən problemlər çoxdur. Adi günlərdən fərqli olaraq yaxın ətrafınızdakı insanlar israrla sizə öz yardımlarını təklif edirlər. Bəzilərinin xətrinə dəymədən dəstəkdən imtina etmək olar. Amma bəzi adamların işlərinizə qarışması ilə barışmalısınız. Səbrli olun, aqressiv davranmayın.
Günün ikinci yarısında fiziki işlərdə xeyir var. Təcrübəli insanın dediklərini qulaqardına vurmayın. Yaxşı tanımadığınız insana inanmağınız zərər verə bilər.
Tərəzi - birmənalı olmayan gündür. Başladığınız işləri yarımçıq qoymayın. Hansısa problemin həllində nəticələrə tezliklə nail olacağınızı düşünürsünüzsə, yanılırsınız. Cansıxıcı, rutin, yeknəsək işləri təxirə salmayın. Kobud səhvlərə yol verməməyə çalışın. Di gəl, bütün səylərə rəğmən, yanlışlıqlardan tam sığortalanmaq mümkün deyil.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlar səhvlərinizi sadalayacaq, sizi sərt tənqid edəcəklər. Uğurlarınızı isə kimsə görmək istəmir.
Axşam saatlarına yaxın müsbət təmayüllərin təsiri güclənəcək. Yaşamınızda köklü dəyişikliklərə can atmayın. Uğursuz situasiyadan aramla çıxın, düşünülməmiş addımlar atmayın.
Əqrəb - yeni tərəfdaşlıqlar və işbirliyi üçün əlverişli gün deyil. Bu gün qarşılaşacağınız insanlar problemlərini sizinlə bölüşəcəklər. Əldə etdiyiniz pulları xərcləyərkən qənaətcil olun. Alış-verişdə ifrat simicliyə varmayın.
Günün ikinci yarısında istənilən məsələlərin həllində konstruktiv olun. Məhsuldar işləməyə çalışın. Planları həyata keçirəndə işdən yayınmayın, başqasına heç nəyi həvalə etməyin. Axşam saatlarında yorulacaqsınız. Real uğurlardan danışmağa dəyməz.
Oxatan - günün əsas problemi reallıqla barışmaq bacarığınızdır. Situasiyanı kökündən dəyişməyə çalışmayın. Yaranmış vəziyyətlə barışmağa çalışın. Problemlər sizi bədbinləşdirməsin. Yaxınlarınıza çox şikayətlənməyin. Onların səbri hüdudsuz deyil.
Günün ikinci yarısında dostları və tanışları unutmayın. Sizi ümumi iş birləşdirir. Yaxın ətrafınızdakı insanlarla münasibətləri qorumağa çalışın. Səy göstərin, çalışın. Zəhmətkeş olun, planlarda zəruri dəyişikliklər edin.
Oğlaq - münaqişələr və problemlər zamanıdır. İndiyədək təmaslarının normal olduğu insanlarla qarşıdurma yaranmasına imkan verməyin. Yaxın ətrafınızdakı olan şəxslərlə mübahisə etməyin. Sizi çox tənqid edəcəklər. Bütün sözləri sakit qəbul etməsəniz də, təmkinli və soyuqqanlı davranın. Məhz belə olan təqdirdə bir sıra konfliktiklərdən yan dura bilərsiniz.
Günün ikinci yarısında qohumlarla mübahisələr istisna deyil. Ailə problemlərinin həlli bəzilərinə kompromissiz təsir bağışlayacaq. Lakin az sonra seçdiyiniz yolun səhih olduğunu anlayacaqlar.
Dolça - mühüm məsələləri təhlil etmək, gələcəklə bağlı planlar qurmaq üçün əlverişli zamandır. Nəyə can atdığınızı müəyyənləşdirin. Hədəf və məqsədləri dəqiqləşdirin. Kimsəyə imkan verməyin ki, sizi yolunuzdan sapdırsın. Mövqelərinizi inadla və israrla müdafiə edin. Geri çəkilməyin. Belədə nüfuzlu insanların diqqətini qazana bilərsiniz.
Günün ikinci yarısında planlaşdırılmamış səfər olacaq. Maraqlı tanışlıqlar istisna deyil. Yaşlı qohumlarla ünsiyyət zamanı həssas və diqqətli olun. Onlarla dil tapmaq asan olmasa da, səy göstərin. Axşam saatlarında səhhətinizdə problemlər yarana bilər.
Balıqlar - ən cəsarətli planlarınızı həyata keçirə bilərsiniz. Yaxşı gəlir əldə etmək, peşəkar fəaliyyət müstəvisindəki mövqeləri möhkəmlətmək imkanları var. Xərclərə və məsrəflərə hazır olun. Gərəkli, bahalı əşya və ya avadanlığın satın alınmasında simiclik etməyin. Qohumlarınızdan birinə yardım etməli olacaqsınız.
Günün ikinci yarısında yaxınlarınızdan birinə verdiyiniz vədə əməl edin. Əks təqdirdə inciklik və ya fikir ayrılıqları yarana bilər. Anlaşılmazlığı sürətlə aradan qaldırın.
Milli.Az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi