İrəvanın TIR həmləsi: sürücülər iranlılardır?
15-08-2023 [17:46]
Ermənilərin “humanitar TIR” şousu davam edir. Rəsmi İrəvanın Qarabağdakı erməni əhalinin guya “blokadada saxlanması” və “yolların bağlanması” məsələsini beynəlxalq tribunalara, o cümlədən BMT Təhlükəsizlik Şurasına çıxarmağa hazırlaşdığı vaxtda diqqətçəkən iddialar ortaya atılır.
Belə ki, Ermənitsanın Xankəndiyə göndərmək istədiyi TIR-ların sürücülərinin SEPAH agenti olması ehtimalı gündəmə gəlib. Məsələ ondadır ki, rəsmi Tehran Bakı ilə münasibətləri normallaşdırmaq istəsə də, nə regiona baxışı dəyişib, nə də Azərbaycana qarşı mövqeyi...
İran bundan öncə də dəfələrlə separatçılara yardım edib. Erməni işğalı dövründə Tehran Qarabağa həm narkotik ticarət məkanı, həm də çirkli pulların yuyulması üçün ofşor zona kimi baxıb. Bu baxımdan 44 günlük müharibə nəticəsində Azərbaycanın Qarabağda nəzarəti bərpa etməsi ən çox İrana zərbə vurub, demək olar.
44 günlük müharibə sonrası Tehran separatçıların Qarabağda qalması üçün istər silah-sursat, istər kadr, istərsə də maddi dəstək göstərib.
Sonuncu belə hal 24 noyabr 2022-ci ildə yaşanıb. Həmin tarixdə Qarabağ ərazisinə 14 xarici ölkə vətəndaşının keçidi baş tutmuşdu.
Rəsmi Bakının araşdırmaları nəticəsində həmin şəxslərin İran vətəndaşları olduğu, 12-nin ermənilərin sıx yaşadığı Xuzistan vilayətinin İzeh şəhərindən gəldiyi üzə çıxmışdı.
Bundan başqa, yenə 2022-ci ildə İran Ermənistana hava hücumundan müdafiə qurğuları vermiş, bunların Rusiya sülhməramlılarının icazəsi ilə Qarabağa keçirildiyi məlum olmuşdu.
Bütün bunları nəzərə aldıqda ermənilərin “humanitar TIR”-larını sürən sürücülərin SEPAH agenti olması mümkündür.
Bu şəxslər heç də İran vətəndaşı olmaya bilər. Lakin bu da məlumdur ki, Ermənistan vətəndaşı olan minlərlə SEPAH agenti var. Və bu baxımdan həmin sürücülərin iranlı deyil, Ermənistan vətəndaşı SEPAH agenti olmaq ehtimalı daha yüksəkdir.
Humanitar yüklərin Azərbaycana buraxılmaması fonunda əraziyə İran səfirliyinin əməkdaşının da gəlməsi diqqət çəkir.
İran indiki məqamda həmin şəxsləri Xankəndiyə göndərərək üç əsas şeyə nail olmaq istəyir:
Birincisi, Xankəndidə və ümumilikdə regionda real vəziyyəti müəyyən etmək;
İkincisi, Xankəndi və ətraf ərazilərdəki separatçıları təşkilatlandırmaq;
Üçüncüsü, separatçılara təlim keçərək təxribat-diversiya və gerilla müharibələri üzrə yetişdirmək.
Turan Rzayev
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi