Rabitə Nazirliyində fiber optik kabel qalmaqalı – Məhkəmə

img

27-05-2014 [13:03]


Rabitə Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom” İstehsalat Birliyi "Hesfibel Fiber Optik və Elektronik Sanaye Ticarət. A.Ş” şirkəti ilə məhkəmədə çəkişir.

Xatırladaq ki, "Hesfibel Fiber Optik və Elektronik Sanayev Ticarət. A.Ş” ilə «Aztelekom» arasında bağlanmış müqaviləyə görə, sözügedənq şirkət birliyin tabeliyində olan müəssisələri kabelləşmə  ilə təmin edib.

 Mia.az «Reytinq» qəzetinə istinadən xəbər verir ki, sonradan şirkətlə birlik arasında səbəbi cəmiyyətə açıqlanmayan narazılıq yaranıb: «Bu narazılıqdan sonra isə birliyin baş direktoru Məhəmməd Məmmədov "Hesfibel Fiber Optik və Elektronik Sanaye Ticarət.A.Ş” şirkəting qarşı iddia qaldırıb. İddiada müqavilə öhdəliklərə xitam verilməsi tələbini qoyan «Aztelekom»un şikayətə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə baxılıb. İş hazırda Bakı Apellyasiya Məhkəməsində araşdırılır».

 Daxil olan məlumata görə, Bakı Apellyasiya Məhkəməsinin hakimi Həmid Həmidovun sədrliyi ilə şikayət üzrə bir neçə aydır qərar verilməsi qeyri-mümkün olub: «Hakim Həmidov tərəflər arasındakı mübahisəylə bağlı ötən həftəyə təyin etdiyi iclas saatında da qərarını verməyib. Proses bu dəfə mayın 12- təxirə salınıb».

 Onu da qeyd edək ki, Əli Abbasovun nazir təyinatından sonra ölkə üzrə anoloqlu ATS-lərin ləğvi və bu ləğv etmə prosesində çıxan qızılların taleyi, o cümlədən bir sıra xətlərin optik xətlərlə əvəzlənməsinə çox böyük pullar xərclənib.

 Mia.az olaraq bu istiqamətdə də araşdırmalarımız davam edir və çox yaxın günlərdə oxuculara milyonlarla manatlıq maliyyə əməliyyatları haqda təfsilatlı məlumatlar verəcəyik.

 Məhkəmə çəkişməsi ilə bağlı hər iki tərəfin fikirlərini də dinləməyə  hazırıq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA