Zakir Həsənov əmr verdi, polkovnik-leytenant general oldu

img

27-05-2014 [12:47]


Müdafiə naziri Zakir Həsənov Hərbi Hava Qüvvələrinin (HHQ) Hava Hücumundan Müdafiə qoşunlarına yeni rəis təyin edib.


MIA AzNews.az-a istinadən xəbər verir ki, nazirin əmri ilə bu vəzifəyə Daxili Qoşunların sabiq zabiti Tofiq Abbasov layiq bilinib. Məlumatda qeyd olunur ki, Tofiq Abbasov adıçəkilən quruma rəis təyin olunmamışdan əvvəl Daxili Qoşunda mayor rütbəsində çalışıb.

Bu günlərdə isə o, Müdafiə Nazirliyinə transfer olunaraq polkovnik-leytenant rütbəsi ilə təltif olunub. Əvvəlcə nazirliyin əməliyyat idarəsinə baş zabit, daha sonra isə Hava Hücumundan Müdafiə qoşunlarında rəis müavini kimi çalışıb. Qısa müddətdən sonra isə burda rəis vəzifəsinə yüksəlib. Maraqlı burasındadır ki, T. Abbasov polkovnik-leytenant olduğu halda, təyinatı general-mayor vəzifəsinə olub.

Məsələ ilə bağlı Müdafiə Nazirliyinin mətbuat Xidməti ilə dəqiqləşdirmələr aparmaq cəhdimiz baş tutmadı. Qurumdan münasibət bildirməkdən ötrü əvvəlcə bir neçə saat vaxt istədilər, sonra isə bu barədə rəsmi cavab verməyəcəklərini söylədilər.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA