27-05-2014 [12:42]
Azərbaycan Ziyalılarının Müdafiə Cəmiyyətinin sədri Rafiq Qarayev təhsil nazirinin müşaviri İlham Pirməmmədov haqda günxeber.com-a göndərdiyi sensasion məqaləni təqdim edir.
Həmin məqaləni olduğu kimi dərc etməklə yanaşı İ.Pirməmmədova da cavab haqqı tanıdığımızı bildiririk:
Son dövrdə ölkə mətbuatında "İlham Pirməmmədovu "Sadval” və nurçularla hansı tellər baglayır”, "Nazir müavini Ceyhun Bayramov İ.Pirməmmədovu niyə müdafiə edir”, "Beynəlxalq universitetin rektoru Elşad Abdullayevin əlində İlham Pirməmmədova qarşı hansı videolar var” , "Təhsil Nazirliyində İlham, İlyar və Ənvər üçlüyü” , "İlham Pirməmmədovun Kanadada Vaterloo Universitetinin professoru İlham Axundovla tələbə köçürmələri”, "İlham Pirməmmədov da rektor olmaq istəyir”, "İlham Pirməmmədov sindromu” , "İlham Pirməmmədov kollec direktorlarından hər ay 1000 manat haqq alır”, "İlham Pirməmmədov təhsildə "Nurçular” hərəkatının başçısıdır”, "İlham Pirməmmədov köçürmələr kralıdır”, "İlham Pirməmmədov Aqiyə Naxçıvanlıdan qisas almaq istəyir”, "İlham Pirməmmədov istintaqdan yayınır” və sair bu kimi sərlöhvələrdə verilmiş bütün yazılar həqiqətə istinad olunub yazılmışdır və doğrudur. Təhsil Nazirliyində işləyən hər bir işçi bilir ki, İlham Pirməmmədov nazirlikdə yeganə adamdır ki, fırıldaqçılıqla məşğul olmuş, kim ona haqq-hesab verməyəndə o dəqiqə naziri anonim xəbərlər, yalan ifadələrlə məlumatlandırır. Eyni zamanda özünü qorumaqdan ötrü Misir Mərdanovun komandasında baş vermiş bütün xırdalıqları incəliklərinə qədər rəhbərliyə çatdırır.
İ.Pirməmmədov M.Cabbarovun diqqətini çəkməkdən ötru mətbuatda dezinformasiyalar yaymaqla özünü vəzifəyə təyin etdirir və çıxardır. İ.Pirməmmədov M.Cabbarovla respublikada görüşlərə gedərkən özünü nazirin ən yaxın adamı kimi ictimaiyyətə tanıtdırır və həmişə onun sağında oturur. Görüşlərdə nazirin qəbuluna hər vətəndaşı yazmır,hətta özünü nazir kimi apararaq "mən həll edərəm” deyərək camaatı aldadır. Pirməmmədov əvvəlki kimi olmasa da, yenə də istədiyini edir. Belə ki, sabiq nazir Misir Mərdanovun 11 illik fəaliyyəti dövründə 65 min tələbə köçürülməsinin 54 minini nazirdən gizlin həyata keçirən İlham Pirməmmədov yenə də fərqli yollarla köçürmə biznesinə davam edir.
Qeyd edək ki, hələ bir müddət öncə xəbər yayılmışdı ki, Bakı Dövlət Universiteti, Xarici Dillər Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Pedoqoji Universiteti və s. Universitetlərə köçürmələr Misir Mərdanovun məktuba çəkdiyi imzadan sonra həyata keçirilərkən, İlham Pirməmmədov məktubun arxasında göstərilən qoşma vərəqlər yenidən əlavə olaraq xüsusi qaydada tərtib olunaraq siyahı süni şəkildə artırılırmış. Bundan sonra 1-ci mərtəbədə ümumi şöbədə qeydiyyata salınaraq, təcili qaydada tələbə köçürmələri həyata keçirilirmişdir. İlham Pirməmmədov aparat rəhbəri olaraq etibardan sui-istifadə edib bu yolla milyonlara sahib olub.
Pirməmmədovun köhnə nazir dönəmindən ən böyük biznesi Türkiyədə "qara siyahı”ya alınan Fətullah Gülən şəbəkəsi ilə qurduğu əlaqələrdir. Belə ki, bu qrupun Nazirlikdəki məsələlərini həll etmək üçün bu dini qrupdan aylıq 10 min manat alan (bu pulun görünən işə aidiyyəti yoxdur. Görülən işin xərcləri ayrıca qarşılanır) Pirməmmədov qoruduğu kollec direktorlarından da hər ay 1000 manat, təhsil şöbə müdirlərindəndə isə hər ay 2000 min manat "haqq” aldığı iddia olunur.
Pirməmmədovun ən çox çəkindiyi şəxs keçmiş Beynəlxalq Universitetin rektoru Elşad Abdullayevdir.
Belə ki, Bakıdakı dostlarını şantajla təhdid edən Elşad Abdullayev Pirməmmədovu qorxu altında saxlamaqda davam edir. Onunla bağlı videoları özünə izlətdirən sabiq rektorun daha bir neçə şəxsə qarşı da eyni taktikadan istifadə etdiyi bildirilir.
, Elşad Abdullayevin əlində təkcə ABU ilə əlaqələr deyil, Pirməmmədovun Dağıstanda "Sadval” separatçı təşkilatına yaxın şəxslərlə olan görüntüləri də var.
İlham Pirməmmədov aparat rəhbəri olaraq etibardan sui-istifadə etib bu yolla milyonlara sahib olması uzun sürməyib. O, vaxt təhsil nazirliyində işləyən bir xanım(adının çəkilməyin istəməyən) Misir Mərdanova onun Pirməmmədov tərəfindən aldadılmasını bildirərək, saxtalaşdırılmış sənədləri, yəni qanunsuz hesab olunan tələbə köçürmə qərarlarını ona çatdırmışdır. Və ifşa edilən Pirməmmədov işdən çıxarılsa da yenidən vəzifəsinə qayıtmışdır.
Pirməmmədovun yenidən vəzifəyə qayıtmasını Dağıstan hökümətinin yüksək çininli nümayəndəsi yuxarıdan xahiş edtikdən sonra aparat rəhbərini sevindirmişdir. Mənbənin dediklərinə əsasən Dağıstan hökumətində təmsil olunan həmin şəxs "Sadval”çı və anti-millətçilikdə günahlandırılmışdır. Daxil olan məlumatlarda İlham Pirməmmədovun "Sadval”çı ilə əlaqəsi onun pusiyada olan dostunun vasitəsi ilə mümkün olmuşdu.
Elə həmin tanışlıqdan sonra Pirməmmədovun köməkliyi ilə Bakıda, "Dağıstan” Dövlət Universitetinin filalı yaradılaraq, gələn gəlirlə "Sadval”çılara maliyyə dəstəyi verilmişdir.Bu məsələdən xəbər tutan Azərbaycan hökuməti bu bəlanın qarşısını alaraq "Dağıstan” Universitetinin Bakı filalının fəaliyyətin dayandırsada, Pirməmmədov məsuliyyətə cəlb edilməmiş və heçnə olmamış kimi vəzifəsinə davam etmişdir…
İlham Pirməmmədovun Azərbaycan təhsilini iflic edərək monopoliyaya çevirib milyonlara sahib olduğunu demək üçün uzun danışmağa belə lüzum yoxdu. Çünki, təhsil naziri M.Cabbarov elə ona görədir ki, son zamanlarda Pirməmmədova arxayın olub "hegimonluq” edən təhsil şöbə müdirlərini işdən çıxarmağa gücü çatmır. Mənbənin dediyinə görə əslən Qazaxlı olan Pirməmmədov arxalı olduğu üçündə çox siyasətçildir. Elə bu səbəbdən də nazirin yerində gözü olan müşavir ona hər zaman yaxın olmağa çalışıb. Nazir bütün görüşlərində onunla olmaq üçün dəridən, qabıqdan çıxan İlham Pirməmmədov, bir şiikayətçini belə nazirə dərdini danışa imkan vermir. Çünki, İlham Pirməmmədovla gedib bütün tədbirlərdə iştirak edən komandanın 90%-i onun adamlarıdır. Onlar heç bir şikayətçini nazir yanına buraxmırlar. Çünki İlham Pirməmmədovun- Kollec direktorlarına və Təhsil şöbə müdirlərinə "Mikayıl Cabbarov tezliklə gedəcək və onun yerini mən tutacam” deməsi boş ifadə kimi yozulmamalıdır…
Nurçular hər ay İlham Pirməmmədova məktubla 10000 amerika dolları pul verirlər. Məlumata görə, təhsil nazirinin müşaviri İlham Pirməmmədov Təhsildə "Nurçular” hərəkatını dəstəkləyən və orta məktəb direktorlarını, təhsil şöbələrini "Çağ Öyrətim” mərkəzlərinə istiqamətləndirən birinci şəxsdir.Məhz onun təklifi ilə "Çağ Öyrətim” mərkəzləri məktəb direktorlarına televizorlar, müxtəlif ofis mebelləri, kitablar, qiymətli əşyalar hədiyyələr vermişlər. Bu prosses təhsildə 10 ildən çoxdur ki, həyata keçir.İlham Pirməmmədov Elnur Aslanovla tələbələrin Türkiyəyə göndərilməsindən tanışdılar. Elə ona görədir ki, Nurçular hər ay İlham Pirməmmədova məktubla 10000 Amerika dolları pul verirlər.Məlumatda həmçinin bildirlir ki, İlham Pirməmmədov əvvələr Təhsil Nazirliyində uzun müddət aparat rəhbəri işləmiş və qanunsuz tələbə köçürmələri ilə məşğul olmuşdur. İlham Pirməmmədov hal-hazırda təhsil nazirinin müşaviridir.Mənbə bildirir ki, eyni zamanda Təhsil Nazirliyində işləyən bir qrup köhnə işçilər "Nurçuluq” hərəkatının dəstəkləyələrdir.
İlham Pirməmmədovla ABU-nun sabiq rektoru, Avropada mühacir həyatı yaşayan Elşad Abdullayev arasında çox isti münasibətlər olub. Təbii ki, kiminsə kimləsə münasibətinin yaxşı olması her kəsin şəxsi işi olmaqla yanaşı burada qəribəliyin olmasını da iddia etmirik. Daxil olan informasiyadakı "qəribəlik” isə İlham Pirməmmədovun indi heç yadına salmaq belə istəmədiyi Elşad Abdullayev haqda hansı xoş sözləri deməsidir.
hələlik yayımlanmayan həmin videoda İlham Pirməmmədov Elşad Abdullayevə "Azərbaycan təhsilinin ağsaqqalı” deyə xitab edir. Sonra isə daha ilginc səhnələrlə müşaiyyət olunan həmin videonun təfərrüatlarıyla bağlı yaxın günlərdə məlumat verəcəyik.
İndi isə "köçürmələr kralı” kimi tanınan İlham Pirməmmədovun bu qanunsuz fəaliyyətdən və onun Təhsil Nazirliyindəki hazırkı statusu haqda bəzi məlumatlarıı diqqətinizə çatdıraq. Qanunsuz köçürmələr sayəsində milyonlar qazandığı iddia olunan Pirməmmədovun bunu hansı mexanizmlə reallaşdırdığına göz ataq. Bunun üçün isə öncə bir suala cavab tapmalıyıq: Təhsildə köçürmə prossesi nədir?
Bu, bir ali məktəbin tələbəsinin digər bir ali məktəbə, fərq imtahanları verməklə köçürülməsidir. Məsələn, tutaq ki, bir abituriyent özü və valideynləri arzulasa da, imtahan verdiyi 3-cü ixtisas qrupu üzrə Bakı Dövlət Universitetinin (BDU) Hüquqşünaslıq fakultəsinə daxil olmaq üçün yetərli keçid balı toplaya bilməyib. Topladığı bal isə BDU-nun Tarix fakultəsinə daxil olmaq üçün kifayət edir. Onda həmin abituriyent Tarix fakultəsinin 1-ci kursunu bitirdikdən sonra külli miqdarda pul vəsaiti xərcləmək və formal olaraq fərq imtahanları vermək hesabına Universitetin Hüquqşünaslıq fakultəsinin birinci və ya elə ikinci kursuna köçürülür.
İlham Pirməmmədovun digər qanunsuz tələbə köçürmələri aparan və külli miqdarda azərbaycanlı sayılıb seçilən milyonerlərindən pula lıb balalarını kanadada vaterloo universitetinə professor İlham Axundovun əli ilə hərbi xidmətdən yayınan uşaqları yerləşdirməkdədir. 10 ildən çoxdur ki, İlham Axundov ilə iş biliyi quran İlham Pirməmmədov qazancının 80%ni ordan götürür.ardi var
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi