Ramil Usubov yeni əmr verdi - TƏYİNAT

img

27-05-2014 [12:28]


Daxili işlər naziri Ramil Usubov yeni əmr verib.

Mia.az APA-ya istinadən xəbər verir ki, nazirin əmri ilə polis polkovniki Teyyub Müseyibov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini vəzifəsinə təyinat alıb.
 
T. Müseyibov buna qədər Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində məxfi şöbənin rəisi vəzifəsində çalışıb.
 
Qeyd edək ki, bir neçə gün əvvəl daxili işlər naziri, general-polkovnik Ramil Usubov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini, polis polkovniki Adil Həsənovu tutduğu vəzifədən azad edib.
 
O, Astara rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA