Mədət Quliyevdən yeni təyinat, jurnalist generalın köməkçisi oldu

img

26-05-2014 [23:27]


Ədliyyə Nazirliyi Penitensiar Xidmətində yeni təyinat olub. APA-nın xəbərinə görə, jurnalist Yaşar İsakov Respublikası ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyevin mətbuat məsələləri üzrə köməkçisi təyin edilib.

Qeyd edək ki, Yaşar İsakov Press24.az saytının baş redaktoru idi.

Ondan öncə isə Y. İsakov "Birja plyus”, "Yejenedelnik” qəzetlərinin, "Bona Mente” jurnalının, "News24.az” saytının baş redaktoru olub, məqalələri "Day.az”, "1News.az” saytlarında, "Exo” və "Naş vek” qəzetlərində dərc olunub.

Yaşar İsakov keçmiş polis zabitidir. Uzun illər Daxili İşlər Nazirliyində çalışıb, Polis Akademiyasında fəlsəfə, politologiya və sosiologiya fənlərini tədris edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA