"Oskar" mükafatlarının təqdimetmə mərasimi təxirə salındı - Səbəb

img

11-08-2023 [00:24]


Bu il 75-ci dəfə keçiriləcək "Emmi" (Oskar) mükafatlarının təqdimetmə mərasimi 5 ay təxirə salınıb. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, buna səbəb Hollivud aktyorlarının təmsil olunduğu "Ekran Aktyorları" Assosiasiyası ilə Amerika Televiziya və Radio Sənətçiləri İttifaqının (SAG-AFTRA) üzvlərinin süni intellektə qarşı etiraz kampaniyasına qatılmalarıdır.

Məlumata görə, bu səbəbdən əksər məşhur aktyor və aktrisalar mükafatlandrıma mərasiminə qatıla bilməyəcəklərini təşkilatçılara söyləyiblər: "Təşkilatçılar da bunu nəzərə alaraq, bu il 75-ci dəfə keçiriləcək "Emmi" Mükafatlarının təqdimetmə mərasimini 5 ay təxirə salıb. Beləliklə, sentyabrın 18-də keçirilməsi planlaşdırılan mərasim 2024-cü il yanvarın 15-də baş tutacaq".

Xatırladaq ki, bu mərasim tarixi ərzində ikinci dəfə təxirə düşür. İlk dəfə 2001-ci ildə ABŞ-da məşhur 11 sentyabr terror aktına görə mərasim ertələnib.

Ləman

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR