Şirvanın icra başçısı ağsaqqalları və ziyalıları ilə görüşüb - FOTOLAR
10-08-2023 [12:22]
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhər ağsaqqalları və ziyalıları ilə görüşüb.
Mia.az xəbər veirr ki, Şirvan Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Milli Məclisin deputatı İltizam Yusifov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, şəhər ağsaqqalları, ziyalılar, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak edib.
Öncə şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tədbir iştirakçılarını salamlayaraq, görüşdə iştirak etdikləri üçün onlara öz təşəkkürünü bildirib.
Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev ili" elan olunması ilə bağlı ölkə Prezidenti İlham Əliyevin Sərəncamına əsasən idarə, müəssisə və təşkilatlarda, səhiyyə, təhsil və mədəniyyət ocaqlarında Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərdən danışıb, ömrünü xalqına həsr edən, dövləti üçün misilsiz xidmətlər göstərən Ulu öndərin daim ehtiramla yad edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, bu gün dəyərli ağsaqqallar, ziyalılar ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edir, vətənimizin tərəqqisi, yüksəlişi üçün çalışırlar. Yeniyetmə və gənclərin vətənpərvərlik, milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyəsində üzərilərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlirlər.
Şəhər ərazisində həyata keçirilən abadlıq-quruculuq işləri, şəhərin 2024-2028-ci illər üçün “Yeniləşən Şirvan” sosial-iqtisadi inkişaf konsepiyasında nəzərdə tutulan tədbirlər haqqında geniş məlumat verən İlqar Abbasov qarşıda duran vəzifələr barədə danışaraq, bildirib ki, 2023-cü ildə yaradılmasının 60 ili tamam olan Şirvan, eyni zamanda ziyalılar şəhəridir. Ziyalılarla belə görüşlərin təşkil edilməsində əsas məqsəd, ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq ağsaqqalların fikirlərini öyrənmək, şəhərdə olan problemlər barədə məlumat almaq, onların həlli istiqamətində təklifləri dinləməkdir. Şirvan şəhərinin zəngin inkişaf yolu keçərək, ölkəmizin böyük sənaye mərkəzlərindən birinə çevrildiyini bildirən İlqar Abbasov, müvafiq infrastrukturun formalaşması şəhərin mədəniyyət, elm, təhsil, səhiyyə, idman və digər sahələrdə tərəqqisinə güclü təkan verdiyini qeyd etmişdir.
Şəhər Ağsaqqallar Şurasının sədri Fəxrəddin Rəhimov, Milli Məclisin deputatı İltizam Yusifov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, pedaqoji elmlər doktoru Akif Abbasov, Şirvan Rayonlararası Onkoloji Xəstəxananın baş həkimi Ədalət Cavadov, “Respublika” qəzetinin bölgə müxbiri Tofiq Hüseynov, şəhər ağsaqqalları Şıxverdi Məmmədov, Ağazər Şükürov, Hacı Əhməd, şəhid ailəsi üzvü İradə Atayeva və çıxış edən digər ziyalılar ölkəmizdə, eləcə də şəhərimizdə aparılan abadlıq quruculuq işlərinin həyata keçirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində mütərəqqi addımlar atan ölkə Prezidenti cənab İlham Əliyevə ağsaqqallar və ziyalılar adından dərin minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, əsas vəzifəmiz müasir gəncliyimizi sağlam ruhda yetişdirmək, onları düzgün yola istiqamətləndirmək, cəmiyyətimizi narahat edən məsələlərin həllində fəal iştirak etməkdir.
Görüşdə iştirak edən ağsaqqallar şəhərin inkişafı naminə və Şirvan şəhərinin 60 illik yubileyi ilə əlaqədar öz təklif və fikirlərini səsləndiriblər. Görüş daha sonra diskussiya şəklində davam etdirilib.
İrəli sürülən təkliflərin və qaldırılan məsələlərin şəhərin 60 illik yubileyi ilə bağlı tədbirlər planında nəzərə alınacağı görüş iştirakçılarının diqqətinə çatdırılıb.
Sonda şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tədbir iştirakçılarına 44 günlük Vətən müharibəsində qazanılan qələbənin şərəfinə Şirvan şəhərində ucaldılmış “Zəfər abidəsi”nin xatirə hədiyyəsini təqdim edib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi