Prezident İlham Əliyev naziri qəbul etdi

img

26-05-2014 [14:33]


Prezident İlham Əliyev mayın 26-da Türkiyə Respublikasının daxili işlər naziri Efkan Alanı qəbul edib.

ANS PRESS-in məlumatına görə, Efkan Alanı Türkiyə Respublikasının daxili işlər naziri təyin olunması münasibətilə təbrik edən dövlət başçısı ölkələrimizin Daxili İşlər nazirlikləri arasında mövcud sıx əməkdaşlığın bundan sonra da genişləndiriləcəyinə ümidvar olduğunu bildirib. 

Ölkələrimizin dövlət və hökumət başçılarının, nazirlərin ilk xarici səfərinin qardaş ölkələrə etməsinin artıq bir ənənə halı aldığını vurğulayan İlham Əliyev Efkan Alanın Türkiyə Respublikasının daxili işlər naziri kimi Azərbaycana ilk səfərinin önəmini qeyd edib və səfərin əməkdaşlığımızın inkişafı ilə bağlı səmərəli müzakirələr aparılması üçün yaxşı fürsət yaratdığını deyib.

Efkan Ala nazir kimi ilk xarici səfərini Azərbaycana etməsindən məmnunluğunu diqqətə çatdırıb. Türkiyənin daxili işlər naziri Soma kömür mədənində kütləvi insan tələfatı ilə nəticələnən faciə ilə əlaqədar Azərbaycan xalqının, şəxsən prezident İlham Əliyevin Türkiyə xalqının dərdinə şərik çıxmasına görə minnətdarlığını bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA