Ərdoğan səfirlərlə görüşdə: "Cənubi Qafqazda önəmli fürsət yaranıb" - "İnanıram ki, Putinlə ortaq məxrəcə gələcəyik" (FOTOLAR)
09-08-2023 [00:03]
Türkiyə prezidenti Ərdoğan Prezident Külliyesində keçirilən 14-cü Səfirlər Konfransında iştirakçılara müraciət edib.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, üç qitənin göbəyində yerləşən Türkiyənin hadisələri tribunadan izləyə bilməyəcəyini vurğulayan Ərdoğanın sözlərinə görə, Türkiyə həm diplomatiyada, həm də meydanlarda güclü olmaq məcburiyyətindədir:
"Bu, bir seçim deyil, bu, məcburiyyətdir. Türkiyə artıq oyun seyirçisi deyil, oyun qurucusudur. Türkiyə son illərdə beynəlxalq münasibətlərdə iz qoymuş və oyun qurucu ölkədir. Biz əlimizdə olan hər şeyin əvəzini ikiqat ödədik. Vətənimizi parçalamaq üçün hər cür cəhd etdilər. Türkiyənin dirçəlişinə mane olmaq üçün bütün vasitələrə əl atdılar, amma nə etsələr də, məqsədlərinə çata bilmədilər. Can verdik, minlərlə şhid verdik. Amma gələcəyimizə ləkə qoymadıq. FETÖ xainlərinin tanklarına belə təslim olmadıq. Başda ASALA olmaqla, qanlı satqınların hədəfində olan qurumlarımızdan biri də Xarici İşlər Nazirliyimizdir. Son zamanlar televiziya və kino sahəsində uğurlu layihələr həyata keçirilir. Şəhidlərimizin hekayələri ekrana gətirilib. Dünyanın müxtəlif guşələrində millətimizi təmsil edərkən şəhid olan diplomatlarımıza bir daha Allahdan rəhmət diləyirəm.
Bu il cümhuriyyətimizin 100 illiyinə çatmaqdan qürur duyuruq. Biz respublikamızın yeni əsrinə yelkən açacağıq. Nailiyyətlərimizin heç biri qızıl nimçədə təqdim edilmədi. Son 21 ildə həyata keçirdiyimiz islahatlarla ölkəmizi ayağına vurulmuş buxovlardan xilas etdik. Biz hər sahədə Türkiyənin simasını dəyişdik. Biz tariximizdən güc alaraq gələcəyimizi cızmağa çalışırıq. Biz xarici siyasətimizin üfüqünü bütün dünyanı əhatə edəcək şəkildə genişləndirdik. Ölkəmizin prestij layihəsi olan Türkevi-ni 2 il əvvəl açdıq. Burada saymağa çalışsaq, diplomatiya sahəsində ölkəmizə saysız-hesabsız uğurlar qazandırmışıq.
Yeni dövrdə, yepyeni bir həyəcanla yolumuza davam edirik. Bizim siyasətimiz çox aydındır. Türkiyə hadisələri tribunadan izləyə bilmir. Meydanda və masa arxasında fəal olmaq bizim üçün seçim deyil, öhdəlikdir. Gərginliyin arxasınca getmədiyimiz kimi, səbirlə və şərəflə təzyiqlərə də boyun əymirik. Biz Türkiyənin maraqlarını qorumaqdan qərarlııq.
Türkiyə son illərdə beynəlxalq münasibətlərə damğasını vuran və töhfəsi gözlənilən oyun qurucu ölkəyə çevrilib. Bizim andiçmə mərasimimizdə iştirak edən ölkələrin sayı Türkiyənin gücünü göstərdi. İraq və Suriya sabitləşdikcə, qaçqınların ləyaqətli və təhlükəsiz qayıtması sürətləndiriləcək. Biz xalq olaraq bəşəriyyət tarixinə düşəcək bu məsələdə böyük mövqe tutmuşuq. Biz saysız-hesabsız qaçqınları qarşıladıq. Türkiyə ilə yanaşı, İraqın da ərazi bütövlüyünü təhdid edən terror bəlası aradan qaldırılana qədər əməliyyatlarımız davam edəcək.
Can Azərbaycanla sərgilədiyimiz həmrəylik sayəsində 30 il işğal altında olan Qarabağ azad edildi. İndi Cənubi Qafqazda davamlı sülh və sabitliyin əldə olunması üçün önəmli bir fürsət yaranıb.
Suriyanın şimalında terrorçulara qarşı aparılan hərbi əməliyyatlar cənublu vətəndaşlarımızın təhlükəsizliyini təminat altına alqı, eyni zamanda, terror dövləti qurma həvəslərini də qursaqlarında buraxdıq...
...Bildiyiniz kimi, bizim Ukrayna ilə bağlı mövqeyimiz bütün dünyada böyük rəğbətlə qarşılanıb. Bu prosesdə döyüşən tərəfləri masa arxasında bir araya gətirdik. Qan tökülməsini dayandırmaq üçün səy göstərdik. İyulun 17-dən dayandırılan Qara Dəniz Taxıl Dəhlzinin bərpası üçün səylərimiz davam edir. Ötən həftə biz Putinlə görüşdük və məsələni müzakirə etdik. İnanıram ki, bu məsələdə ortaq məxrəc tapa bilərik. Qara dəniz təşəbbüsü ilə başlayan müsbət atmosfer bəzi ölkələr tərəfindən birmənalı qarşılanmayıb. Əksinə, o, yanğına görüklə getdilər. Biz bu gərginliyin daha da davam etməsini istəmirik. Biz bütün tərəflərlə səmimi işləməyə davam edəcəyik”.
Lamiyə ƏHMƏDLİ
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi