"İcra başçısı əməliyyat aparılan zaman işdə olmayıb" - Memarın həbsi Müstəqim Məmmədovu niyə qorxudub? (Açıqlama)
09-08-2023 [00:13]
"Tərtər rayon İcra Hakimiyyətinin (İH) Memarlıq və Tikinti Şöbəsinin müdiri – baş memar Tofiq Kərimov istintaqa ilkin ifadəsində icra başçısının əleyhinə ifadə verib".
Mia.az xəbər verir ki, bir neçə gün əvvəl ölkə mediasında yayılan bu xəbər Tərtərdə böyük rezonans doğurub.
Yayılan iddiaya görə, memarın həbsindən sonra qorxuya düşən icra başçısı özünə vəkil də tutub.
Xatırladaq ki, Baş Prokurorluğun açıqlamasında Tofiq Kərimovun yerli vətəndaşdan tikintiyə icazə üçün 25 min manat rüşvət alması faktı yer alıb.
Bundan sonra yerli mediada onun bu vəsaiti icra başçısına verdiyi barədə iddialar yayılıb.
Əlbəttə, bu iddianı istintaq araşdıracaq. Ancaq hər kəsə aydındır ki, balaca bir rayonda memar bu pulu icra başçısı Müstəqim Məmmədovdan xəbərsiz özbaşına çətin ki, ala bilər.
Bu və ya digər məqamlarla bağlı Tərtər rayon İcra Hakimiyyətindən Mia.az-a bildirilib ki, İH-də əməliyyat keçirilən zaman icra başçısı Müstəqim Məmmədov rayonda olmayıb:
"Bildiririk ki, 31 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Tərtər Rayon İcra hakimiyyətində əməliyyat kecirib və icra hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri-baş memar Tofiq Kərimov saxlanılıb. Faktla bağlı başlanmış cinayət işi üzrə Tofiq Kərimov Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə istintaqa cəlb olunub, məhkəmənin qərarı ilə barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilib. Tofiq Kərimov 01 avqust 2023-cü il tarixdə tutduğu vəzifədən azad edilib.
Təqsirləndirilən şəxsin digər qanunazidd əməlləri, habelə iş üzrə digər təqsirli şəxslərin əhatə dairəsini istintaq qrupu müəyyənləşdirdiyi üçün rayon icra hakimiyyəti bu barədə məlumat vermək səlahiyyətinə malik deyil. İstintaqın gedişi ilə bağlı vətəndaşlara Respublika prokurorluğu tərəfindən məlumat veriləcək.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 31 iyul 2023-cü il tarixdən əmək məzuniyyətindədir. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Tərtər Rayon İcra hakimiyyətində əməliyyat aparılan zaman o, işdə olmayıb".
Mia.az olaraq, bu istiqamətdə araşdırmalarımız davam edəcək.
Samir
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi