Aktrisa dəniz kənarında, maşında, yolun ortasında namaz qılanlara etiraz elədi: "Bunları kim yönləndirir?" - FOTOLAR

img

08-08-2023 [10:27]


Məşhur türkiyəli model və aktrisa Didem Uzel dənizdə namaz qılan şəxsin fotosunu paylaşaraq bu cür hərəkəkət edənləri qınayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, aktrisa bu cür davrananları hansısa dini qrupun sanki məqsədli yönləndirdiyini iddia edib.

O, Beylikdüzü Gürpınar sahilində bir adamın dalğalar arasında namaz qılıb dua etdiyini əks etdirən foto paylaşaraq bildirib ki, fərqli yerlərdə - maşın üstündə, yolun ortasında, dənizin ortasında, sahilində namaz qılmaq düzgün deyil: "Niyə bir adam bunlardan soruşmur ki, bu, nəyə lazımdır? Elə bilirəm ki, bunlaır yönləndrəən qruplar var...".

Aktrisa deyib ki, onun evində də namaz qlıan var: "Mənim evimdə də namaz qılanlar var. Onlar üçün evdə ən təmiz, ən gözəl yeri hazırlanıb".

Ləman

MİA.AZ

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR