Erkin Koray vəfat edib - İmamoğlu açıqladı

img

08-08-2023 [00:08]


Anadolu rok musiqisinin əfsanəsi Erkin Koray vəfat edib.

Mia.az xəbər verir ki, bu barədə İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlu Tvitter hesabında başsağlığı mesajı yayımlayıb.

Əkrəm İmamoğlu yazıb: "Bir əfsanəni itirdik. Ölümünü eşitdiyimiz Erkin Koraya Allah rəhmət etsin, ailəsinə, sevənlərinə və musiqi dünyasına başsağlığı verirəm".

Xatırladaq ki, Kanadada yaşayan 82 yaşlı Koray bir müddət ağciyərlərində yaranan problemlə əlaqədar xəstəxanada müalicə alırdı.

Ləman

MİA.AZ

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR